Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Qocalmanın əsl səbəbi nədir?

Qocalmanın əsl səbəbi nədir?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yaşlandıqca metabolizma yavaşlayır.”

Tibb dünyasında, sağlam həyat tövsiyələrində və gündəlik söhbətlərdə tez-tez təkrarlanan bu cümlə, əslində elmi məlumatlarla tam dəstəklənməyə bilər.

Qaynarinfo TrtHaber-ə istinadən xəbər verir ki, "Science" jurnalında dərc olunan, minlərlə insan üzərində aparılan bir analiz göstərir ki, 20 ilə 60 yaş arasında metabolizma sürəti böyük ölçüdə sabit qalır.

Bəs bu halda illər keçdikcə niyə kökəlirik? Hiss edilən yavaşlama nəyə bağlıdır? 

Həkimlər deyir ki, idman edərək həm metabolizmanı qorumaq, həm də əzələ itkisinin qarşısını almaq olar. Üstəlik, bu yalnız gənclər üçün deyil; 60 yaşdan yuxarı şəxslər üçün də keçərlidir.

Metabolizma deyil, əzələ itkisi təsir edir

Cəmiyyətdə geniş yayılmış fikirə görə, 40 yaşından sonra "metabolizma yavaşlayır” və buna görə kökəlirik. "Science" jurnalındakı araşdırmaya görə isə metabolizma sürəti, hamiləlik dövrü də daxil olmaqla, 20 ilə 60 yaş arasında böyük ölçüdə sabit qalır.

Geriatriya mütəxəssisi Büşra Can, idman etməyən, amma qidalanması dəyişməyən insanların niyə zamanla kökəldiyini belə izah edir:

"20 ilə 60 yaş arasında, hamiləlik dövrü də daxil, metabolizmanın çox dəyişmədiyi sübut olunub. İskelet əzələsi enerji istehsalımızın ən çox baş verdiyi hüceyrələrdən biridir. Nə qədər çox əzələmiz varsa, metabolizmamız o qədər sürətlidir. Çünki ümumi metabolizma içində fiziki aktivlik də təsir göstərir. Buna görə metabolizmanı yüksək tutmaq fiziki aktivliyi artırmaqla mümkündür.

60 yaşından sonra isə metabolizmanın azalması başlayır. Xüsusən iskelet əzələsində, ‘əzələ əriməsi’ dediyimiz proses sürətlənir. Əzələ gücü və kütləsi azalmağa başlayır. Bu, 30 yaşından sonra başlayıb 60 yaşdan sonra daha da sürətlənir.”

Səssizcə irəliləyən itki: Sarkopeniya

Əzələ itkisi çox vaxt fərq edilmədən irəliləyir. Lakin bu hal yalnız estetik deyil, həm də fizioloji və metabolik baxımdan ciddi nəticələrə səbəb ola bilər.

Yorğunluq, tarazlıq pozğunluqları, yıxılma riski, insulin müqaviməti və hətta tip 2 şəkərli diabet bu mənzərəyə daxildir.

Hərəkətsiz həyat, az zülal qəbulu və xroniki xəstəliklər bu prosesi sürətləndirir:

"30 yaşdan 60 yaşa qədər təxminən əzələ kütləsində illik 1% itki olur.

Yalnız hərəkətsizlik deyil; hormonal pozğunluqlar, iltihabla gedən xəstəliklər, nevroloji pozuntular, qidalanma çatışmazlıqları, xüsusilə zülal əskikliyi… Bunların hamısı yaşla bağlı olmayan ikinci dərəcəli sarkopeniyaya səbəb ola bilər.”

Zülal ehtiyacı yaşla azalmaz, artar

Başqa bir yanlış inanc da yaşlandıqca zülal ehtiyacının azalmasıdır. Halbuki yaşla birlikdə bədənin əzələ istehsalında çətinlik yarandığı bir proses başlayır. Buna görə əvvəllə eyni miqdarda zülal almaq kifayət etmir. Büşra Can-a görə, bu səbəbdən yaşlılıq dövründə zülal ehtiyacı artır.

"Kalori və zülal baxımından kifayət qədər qidalanmaq yaşlılıqda çox vacibdir. Xüsusilə zülal ehtiyacı artır, amma insanlar yaşlandıqca zülal qəbulunu azaldır. Bu, yanlışdır. B vitaminləri əskikdirsə, onu da tamamlayıb qəbul etmək lazımdır.”

Qarşısı alına bilən bir proses

Əzələ itkisi yaşlanmanın qaçılmaz nəticəsi kimi görülsə də, bu prosesi yavaşlatmaq mümkündür. İdman, əzələ kütləsini qorumaqda və metabolizmanı aktiv tutmaqda mühüm rol oynayır:

"İdman etmək üçün gec deyil. Hər yaşda başlamaq olar. Əlbəttə, fərdi proqramlarla. Amma bu şəkildə əzələ itkisini önləmək mümkündür. İdman edərək həm metabolizmanı qorumaq, həm də əzələ itkisini əngəlləmək olar. Üstəlik, bu yalnız gənclər üçün deyil; 60 yaşdan yuxarı şəxslər üçün də keçərlidir.”

Kişilər və qadınlar arasında hormonal fərqliliklər olsa da, əzələ itkisinə qarşı tövsiyə olunan idman proqramı oxşardır. 

Sarkopeniya kişilərdə 85 yaşdan sonra daha aydın görünə bilər, amma hər iki cins üçün idmanın faydaları ortaqdır. Xüsusilə müqavimət məşqləri sarkopeniyanı yavaşlatmaqda olduqca təsirlidir.

Ümumi tövsiyə: həftədə 150 dəqiqə (yəni 2,5 saat) aerobik idman və 2–3 gün müqavimət çalışması.

Gəzinti, velosiped sürmək və ya üzgüçülük kimi hərəkətli məşqlərə; ağırlıq qaldırmaq, rezin bantlarla məşq kimi gücləndirici idmanlar əlavə olunmalıdır.

Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see550

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see542

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see535

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see454

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see432

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see347

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see328

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see293

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri