Icma.az
close
up
RU
Qohum evliliklərinə qadağanın cəmiyyətdə tam qəbulu və tətbiqi zaman tələb edir Şöbə müdiri

Qohum evliliklərinə qadağanın cəmiyyətdə tam qəbulu və tətbiqi zaman tələb edir Şöbə müdiri

Icma.az, Ayna saytına istinadən bildirir.

Qeyri-rəsmi evliliklər qanunvericilik baxımından hüquqi nəticələr doğurmur və dövlət qeydiyyatına alınmır.

AYNA.AZ xəbər verir ki, bu fikirləri "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O qeyd edib ki, qanunvericiliyə əsasən, yalnız dövlət qeydiyyatından keçmiş nikah hüquqi qüvvəyə malikdir:

"Azərbaycanda qohum nikahlarına qadağaların qeyri-rəsmi ailə qurmaq cəhdlərinin artmasına səbəb ola biləcəyi barədə cəmiyyətdə narahatlıqlar səsləndirilib. Qeyd etmək yerinə düşər ki, qeyri-rəsmi, qeydiyyata alınmamış nikahlar ailə hüququ subyektlərinin, yəni ər və arvadın hüquq və vəzifələrinin yaranmasına səbəb olmur. Bu vəziyyət vərəsəlik hüququ, aliment öhdəlikləri, birgə mülkiyyətin bölünməsi, vergi və sosial təminat sahəsində tərəflərin dövlət müdafiəsindən məhrum qalmasına gətirib çıxarır.

Bundan başqa, belə evlilikdən doğulmuş uşaqların hüquqi statusunun müəyyən edilməsi, məsələn, atalığın tanınması və digər mülki hüquqların təmin olunması da çətinliklər yaradır. Buna görə də qeyri-rəsmi nikahların yaratdığı hüquqi və sosial fəsadların nəzərə alınması vacibdir və hər bir fərd bu cür risklərdən çəkinməli, qanunvericiliyin tələblərinə əməl etməlidir".

T.İbrahimovanın sözlərinə görə, mövcud vəziyyət göstərir ki, cəmiyyətin qohum nikahlarına dair yanaşması hələ də birmənalı deyil: "Bir tərəfdən, əhalinin müəyyən hissəsi bu qadağanı alqışlayır, onu gələcək nəsillərin sağlamlığının qorunması baxımından mühüm və zəruri addım kimi qiymətləndirir. Digər tərəfdən isə bəzi regionlarda qohum evlilikləri illərlə formalaşmış sosial-mədəni ənənələrin tərkib hissəsi kimi qəbul olunduğundan qanunvericilikdə edilən bu dəyişikliyin tam şəkildə qəbul edilməsi və tətbiqi üçün zamana, ardıcıl maarifləndirməyə və ictimai şüurun dəyişməsinə ehtiyac var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 İyul 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri