Icma.az
close
up
RU
Qohum nikahlar niyə qadağn edildi ? I Qanunun obyektiv əsaslandırılması

Qohum nikahlar niyə qadağn edildi ? I Qanunun obyektiv əsaslandırılması

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bəyan edib. Onun sözlərinə görə, mövcud vəziyyəti analiz edərək həm qanunun qəbul zərurətini, həm də bu zərurətin hüquqi, tibbi və sosial əsaslarını ictimaiyyətə obyektiv şəkildə çatdırmaq vacibdir.
“Qohum nikahlarının qadağan olunması bir gündə verilmiş qəfil qərar deyil. Bu dəyişiklik, illərlə aparılmış elmi-tibbi araşdırmalar, sistemli maarifləndirmə və beynəlxalq təcrübələrin nəzərə alınması nəticəsində formalaşmış strateji yanaşmanın nəticəsidir. Tibb mütəxəssisləri dəfələrlə bildirmişdir ki, yaxın qohumların evliliyi nəticəsində dünyaya gələn uşaqlarda irsi və genetik xəstəliklərin yayılma ehtimalı kəskin şəkildə artır. Belə ki, yad insanların nikahı zamanı uşaqda qüsur riski 2-4% olduğu halda, qohum nikahlarında bu risk 4-8%- ə qədər yüksəlir, yəni təxminən 2 dəfə artır. Bu tibbi risklər həm fərdi, həm də ictimai səviyyədə ciddi nəticələr doğurur. Dövlətin məqsədi isə sağlam genofondu qorumaq, gələcək nəsillərin inkişafını təmin etmək və bu sahədə proaktiv tədbirlər görməkdir”.

Şöbə müdiri bildirib ki, bəzi şəxslər tərəfindən səsləndirilən “Bu qadağa fərdi hüquqların pozulmasıdır” fikri hüquqi baxımdan əsaslı deyil. Belə ki, beynəlxalq hüquq normaları – xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyası – ailənin və uşaqların müdafiəsini dövlətin birbaşa vəzifəsi kimi təsbit edir. Bu baxımdan dövlətin genetik riskləri azaltmaq və cəmiyyətin sağlamlığını qorumaq məqsədilə normativ müdaxiləsi həm hüquqi, həm də etik cəhətdən əsaslandırılıb:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində də açıq şəkildə qeyd edilir ki, cəmiyyətin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün mülki hüquqlar qanunla məhdudlaşdırıla bilər. Beləliklə, qohum nikahlarının qadağan edilməsi qanunvericiliyin ruhuna və beynəlxalq hüquq normalarına tam uyğundur. Qanun bütün qohumluq münasibətlərinə deyil, yalnız konkret risk daşıyan yaxın qohum evliliklərinə şamil olunur. Qadağa qardaşların və bacıların ümumi baba və ya nənəsi olan uşaqları (əmioğlu, xalaoğlu və s.) və əmi (dayı) ilə qardaş (bacı) qızı və ya bibi (xala) ilə qardaş (bacı) oğlu arasında nikahı əhatə edir. Bu məhdudiyyətlər, genetik risklərin yüksək olduğu və tibbi nəticələrin daha ağır təzahür etdiyi qohumluq dərəcələri üzrə müəyyənləşdirilib”.
Taliyə İbrahimova əlavə edib ki, qanuna qarşı yönəlmiş daha bir iddia qeyri-rəsmi nikahların artması ilə bağlıdır. Bildirilməlidir ki, qeyri-rəsmi nikahlar hüquqi qüvvəyə malik deyil və onların heç bir hüquqi nəticəsi yoxdur. Belə nikahlar da ər və arvad statusu yaratmır, vərəsəlik, aliment və birgə mülkiyyət hüquqlarını təmin etmir, eyni zamanda uşaqların hüquqi statusunu və sosial müdafiəsini riskə atır. Beləliklə, qeyri-rəsmi nikah cəhdləri hüquqi baxımdan heç bir üstünlük vermir, əksinə, cəmiyyət və fərdlər üçün yeni hüquqi problemlər yaradır. Dövlət qeydiyyatından kənar münasibətlərdə yaranan hüquqi boşluqlar gələcəkdə daha ağır sosial və iqtisadi nəticələrə gətirib çıxara bilər”.
Komitə rəsmisi vurğulayıb ki, aparılan müşahidələr göstərir ki, əhali arasında bu qanuna münasibət birmənalı deyil:
“Bir qisim insan qanunu alqışlayır və gələcək nəsillərin sağlamlığı baxımından vacib addım kimi dəyərləndirir. Digər qisim isə, xüsusilə bəzi regionlarda, bu qərarı illərlə mövcud olan sosial-mədəni ənənələrə qarşı çıxış kimi qəbul edir. Bu şəraitdə qanunun effektiv və davamlı şəkildə tətbiqi üçün maarifləndirmə işlərinin gücləndirilməsi, ictimai şüurun dəyişdirilməsi və mədəni transformasiyaların təşviqi olduqca vacibdir. Dövlət və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti bu keçid prosesini daha səmərəli və ağrısız edə bilər.
Qohum nikahlarının qadağan edilməsi ilə bağlı səslənən neqativ mövqelər və emosional reaksiyalar subyektiv xarakter daşıyır və çox zaman tibbi, hüquqi və sosial reallıqlara əsaslanmır. Cəmiyyətin ümumi rifahı və gələcək nəsillərin sağlamlığı isə hüquq müstəvisində hər zaman üstün tutulur. Bu səbəbdən, sözügedən qanun dəyişiklikləri, həm hüquqi baxımdan əsaslandırılmış, həm tibbi cəhətdən zəruri, həm də sosial məsuliyyət baxımından vacib və uzaqgörən addım kimi qiymətləndirilməlidir. Cəmiyyətin rifahı və gələcək nəsillərin sağlamlığı üçün bu qərarı dəstəkləmək hər bir vətəndaşın mənəvi və hüquqi borcudur”.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 İyul 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri