Icma.az
close
up
RU
Talassemiya və qohum nikahlar: vaxt daralır

Talassemiya və qohum nikahlar: vaxt daralır

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Mayın 8-i, 1993-cü ildən “Ümumdünya Talassemiya Günü” kimi qeyd olunur. Bu gün dünyada milyonlarla insanı əhatə edən genetik qan xəstəliyi olan talassemiya haqqında məlumatlılığın artırılması məqsədi daşıyır. Qanımız, bütün orqanizmin orqan və toxumalarını qidalandıran həyati bir mayedir. Bədənimizdəki ümumi qan həcminin 45%-i qırmızı qan hüceyrələrindən (eritrositlər) ibarətdir. Qırmızı qan hüceyrələri tərkibindəki hemoglobinlə birlikdə toxumalara oksigen daşıyır. Hemoqlobinin strukturunda aşkar edilən qlobinin sintez pozğunluqları "Hemoqlobinopatiyalar" adlanan xəstəliklər qrupu ilə nəticələnir. Bu xəstəliklər arasında ölkəmizdə ən çox rast gəlinən Beta Talassemiya xəstəliyidir.

Beta Talassemiyada hemoglobinin istehsalında çatışmazlıq və pozğunluq səbəbindən qanın toxuma və orqanlara daşıdığı oksigenin azalması müşahidə olunur. Buna uyğun olaraq Talassemiya dərinin solğunluğu, halsızlıq, asan yorğunluq, ürək döyüntüsü, inkişaf geriliyi kimi simptomlarla özünü göstərir. Bəzi hallarda dəmir çatışmazlığı anemiyası ilə birlikdə müşahidə edilsə də, çox vaxt dəmir çatışmazlığı anemiyası ilə qarışdırıla bilər və bu səbəbdən diaqnozun xüsusi testlə təsdiqlənməsi vacibdir.

Talassemiya daşıyıcılarında daşıyıcılarında yalnız bir gen qüsurlu olur. Bir insanın Talassemiya daşıyıcısı olub-olmaması qan analizi və hemoglobin elektroforez testləri ilə müəyyən edilə bilər. Bu gün talassemiya daşıyıcısı dəmir çatışmazlığı anemiyası qədər yayılmış vəziyyətdir. Dəmir çatışmazlığı diaqnozu qoyulan xəstələr müalicə müddətində yaxından izlənilməli, 1-2 aylıq dəmir müalicəsindən sonra yoxlanılmalıdır ki, Talassemiya daşıyıcısı olma ehtimalı şübhəli qalmasın. Xüsusilə nikahdan əvvəl talassemiya analizlərinin aparılması çox vacibdir. Valideynlərin hər ikisi talassemiya daşıyıcısıdırsa, o nikahdan normal uşaq doğulma şansı 25%, talassemiya daşıyıcısı olan uşağın olma şansı 50% və talassemiyalı uşağın doğulma şansı 25% olur. Valideynlərdən biri talassemiya daşıyıcısıdırsa, doğulan hər bir uşağın daşıyıcı olma ehtimalı 50% təşkil edir, lakin uşaqların heç biri talassemiya xəstəsi olmayacaq. Yəni daşıyıcı olmaq talassemiya xəstəsi olmaq demək deyil.

Talassemiyanın müalicəsi simptomlara hesablanır. Anemiya ilə əlaqəli simptomları aradan qaldırmağın ən effektiv yolu qan köçürülməsidir. Talassemiya daşıyıcıları üçün qəti müalicə sümük iliyinin transplantasiyasıdır. Bu gün kök hüceyrə və gen terapiyası, prenatal diaqnostika və preimplantasiya genetik diaqnostika üsullarından da istifadə edilir. Talassemiyanın müalicəsi həm xəstə, həm də ailəsi üçün çox çətin və əziyyətlidir. Bir xəstənin illik müalicə xərcləri böyük məbləğlərlə ifadə edilir. Qüsurlu genlər vasitəsilə ötürülən Talassemiya kimi irsi xəstəliklərə qarşı mübarizədə ən effektiv üsul bu xəstəliklə bağlı ictimaiyyəti məlumatlandırmaq, daşıyıcıları aşkar etmək, onlara genetik məsləhətlər vermək, hamiləlikdən əvvəl diaqnostika üsullarından istifadə etməklə xəstə körpələrin dünyaya gəlməsinin qarşısını almaqdır. Buna görə də talassemiya bir çox ölkədə nəzarət altına alınıb.

Lakin talassemiya daşıyıcıları normal göründüyü üçün xüsusi Talassemiya testləri aparılmayınca onların daşıyıcı olub-olmadığını anlamaq mümkün deyil. Bu səbəbdən gənclər ailə qurmazdan əvvəl mütləq Talassemiya müayinəsindən keçməlidirlər. 2015-ci ildən etibarən Azərbaycanda da irsi xəstəliklərin qarşısının alınması məqsədilə nikahdan öncə cütlüklərin tibbi müayinədən keçməsi məcburi qaydada tətbiq edilir. Bu müayinələr arasında cütlüyün talassemiya daşıyıcısı olub-olmadığı da testlər vasitəsi ilə yoxlanılır.

Azərbaycanda Nazirlər Kabinetinin 2006-cı ildə imzaladığı qərardan bəri qəbul edilən dövlət proqramları talassemiyalı xəstələrə tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Proqrama əsasən, talassemiyalı xəstələrə dərman preparatlarının verilməsi, qan və sümük iliyi köçürülməsi əməliyyatları təmənnasız həyata keçirilir. Dövlət Statistika Komitəsinin 2023-cü ilin sonuna olan məlumatına əsasən, tibb müəssisələrində qeydiyyatda olan talassemiya xəstələrinin sayı 4916 nəfərdir ki, onlardan 2361 nəfəri yetkinlik yaşına çatmayanlardır. 2023-cü ildə 385 nəfər yeni talassemiya xəstəsi qeydə alınıb və onlardan 190 nəfəri 0-17 yaş aralığında olan uşaq və yeniyetmələrdir. Azərbaycanda talassemiya daşıyıcılarının sayı bir milyondan çoxdur, bu da ölkə əhalisinin 10 faizini təşkil edir.

Azərbaycanda qohum evliliyinin çox olması genetik xəstəliklərin geniş yayılmasının əsas səbəbidir. Bu xəstəliklər arasında beta talassemiya, metabolik xəstəliklər, əzələ distrofiyaları, aralıq qızdırması daha çox yayılıb. Çünki ölkəmizdə bağlanan hər 100 nikahdan 20-si qohum nikahıdır. Qohumlar arasında nikahlar daha çox Şəki, Masallı və Bakıda yayılıb. BMT-nin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasında ən çox yayılanı da talassemiyadır.

Talassemiya yoluxucu deyil, kontakt və ya başqa vasitələrlə ötürülmür. Talassemiya əlaməti irsi xüsusiyyətdir. Müxtəlif növ talassemiyalar anadan və ya atadan olan genlər vasitəsilə uşağa ötürülür. Daşıyıcı insanlar prenatal diaqnoz üsullarından istifadə edərək sağlam uşaq sahibi ola bilərlər.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri