Qol vurdu, sevinmədi Nə baş verir?
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin "Qalatasaray" klubu bu gün rəqib meydanda "Çaykuru Rizespor"u böyük hesabla məğlub edərək liderlik mövqeyini bir qədər də gücləndirdi.
Metbuat.az xəbər verir ki, meydan sahiblərinin qapısından 3 cavabsız qol keçirən İstanbul təmsilçisi bu qələbə ilə xalını 41-ə çatdırdı. "Galatasaray"ın nigeriyalı ulduzu Viktor Osimenin vurduğu qoldan sonra sevinməməsi matçın ardından ən çox müzakirə edilən məqam oldu. Sosial şəbəkələrin Türkiyə seqmenti hadisəyə biganə qalmadı. Dərhal Viktor Osimenin İstanbulda xoşbəxt olmadığına dair iddialar ortaya atıldı.
Qeyd edək ki, Türkiyənin ən böyük futbol səhifələri də Osimenə geniş yer ayırıb. Azarkeşlər nigeriyalı ulduzun mövsümün sonunda "Qalatasaray"dan ayrılacağını iddia ediblər. Onun bu üzdən kluba əvvəlki qədər qatqı vermədiyi iddia olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 Fevral 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















