Icma.az
close
up
RU
Qol vursaq, yenə 1 xal qazana bilərik Füzuli Məmmədov

Qol vursaq, yenə 1 xal qazana bilərik Füzuli Məmmədov

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığmasına 0:3 hesabı ilə məğlub olan Azərbaycan millisi bu gün Polşada Ukrayna seçməsi ilə üz-üzə gələcək. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millusinin sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb Krakov şəhərində reallaşacaq qarşılaşmadan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Məni narahat edən əsas məsələ Fransa ilə oyundan cəmi 3 gün sonra millinin Ukrayna ilə qarşılaşmasıdır. Çünki bərpa üçün cəmi 72 saat vaxt var. İnterval 4 gün olanda futbolçular bərpa prosesini çox yaxşı kecirirlər, amma mövcud vəziyyətdə oyunçularda bir qədər narahatlıq olur. Baxmayaraq ki, Ukrayna da həmin gün İslandiya ilə səfərdə qarşılaşıb, onların futbolçuları üçgündənbir oynamağa öyrəşiblər. Bizim komandamızda isə yalnız "Qarabağ"ın oyunçuları qısa fasilə ilə matçlara çıxmağa adət ediblər. Digər futbolçularımız belə tempdə, belə yüksək intensivlikdə oyunlarda mübarizə aparmağa öyrəşməyiblər. Fransaya qarşı matçda da futbolçularımız sona yaxın yorulmuşdular. 

Çətin oyun olacaq bizim üçün. Yenə də qapalı oynamalı, imkan düşdükcə sürətli keçidlər edib qol vurmağa çalışmalıyıq. Çünki müdafiədə 90 dəqiqə səhvsiz oynamaq mümkün deyil. Qol vurmursansa, güclü rəqiblər oyun ərzində bir neçə fərqlənmək imkanı yaxalayırlar. Qol vursaq, yenə 1 xal qazana, oyunu bərabərliklə bitirə bilərik. İlk dəqiqələrdən səhv etmək olmaz. Maksimum diqqətli oynamalıyıq.

Rəqibin heyətində Georgi Sudakov oynamır. Əlbəttə, Sudakov çox önəmli fiqurdur. Bu bizim üçün bir üstünlükdür, amma yenə də deyirəm, əsas futbolçularımızın yorğunluğu məni çox narahat edir. Hərçənd ümud edirəm ki, Ayxan müəllim (baş məşqçi Ayxan Abbasov - red.) anlayır və bəzi rotasiyalar edib komandanı Ukrayna ilə oyuna tam gümrah cıxardacaq".

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri