Qolçu hücumçu iddialı klubla müqavilə bağladı
Fanat saytına istinadən Icma.az xəbər verir.
Ötən mövsüm 2-ci Liqa təmsilçisi "Quba"nın heyətində 24 qol vuran hücumçu Vidadi Cəfərov karyerasını çempionluq uğrunda mübarizə aparan 1-ci Liqa komandasında davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, mərkəz forvardı MOİK-ə keçib.
25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Cəfərov 2024/2025 mövsümündə "Şəmkir"in sıralarında 31 qolla 2-ci Liqanın ən sərrast oyunçusu olub.
Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Sözügedən bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək postunda saxlamağı uyğun sayıb.
Nihat
Bu mövzuda digər xəbərlər:Qolçu hücumçu bölgə təmsilçisindən ayrıldığını təsdiqlədi
06 İyul 2026 16:59
Zəngəzur qolçu hücumçu ilə razılığa gəldimi? Bilindi
27 İyul 2026 16:56
“Valensiya” niderlandlı hücumçu ilə müqavilə bağladı
11 Avqust 2025 08:41
Roma niderlandı hücumçu ilə müqavilə bağladı
27 May 2026 12:02
Amin Seydiyev bu klubla müqavilə bağladı
04 İyun 2026 16:36
Baxış sayı:155
Bu xəbər 29 İyul 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















