Icma.az
close
up
RU
Qolları olmayan körpə və cavabsız qalan suallar…

Qolları olmayan körpə və cavabsız qalan suallar…

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları, yəni qolları olmayan körpə dünyaya gəlib. Doğuşdan sonra isə körpənin anası övladından rəsmi şəkildə imtina edib.

Bu xəbəri oxuyarkən insanın ağlına ilk gələn sual uşağın bu günündən çox, gələcəyi olur.

Bir gün bu uşaq böyüyəcək. Bir yaşında, beş yaşında, on yaşında, bəlkə də daha böyük yaşda dünyaya gəlişi və ailəsi haqqında düşünəcək, araşdıracaq. Və qarşısına bu cümlə çıxacaq:

"Ana qolları olmadığına görə uşağından imtina etdi”.

Bəs o zaman həmin uşağın özünə verəcəyi suallar necə olacaq?

"Anam niyə məni istəmədi?”, "Mən nəyi səhv etdim?”, "Mənim digər uşaqlardan fərqim niyə valideyn sevgisindən məhrum olmağıma səbəb oldu?”

Bəlkə də həmin uşağın ən böyük mübarizəsi fiziki məhdudiyyəti ilə deyil, məhz bu suallarla olacaq.

Çünki insanı böyüdən yalnız sağlam bədən deyil. İnsanı həyata bağlayan ən böyük güclərdən biri ailəsinin ona verdiyi sevgi, güvən və dəstəkdir. Uşaq dünyaya necə gəlməsindən asılı olmayaraq, ilk növbədə uşaqdır. Onun sevgiyə, qayğıya, qorunmağa və olduğu kimi qəbul edilməyə ehtiyacı var.

Həyatda qarşımıza çıxan hər hadisəni bir imtahan kimi qəbul etməliyik. Bəzən bu imtahanlar ağır, gözlənilməz və insanın bütün həyatını dəyişəcək qədər çətin olur. Lakin həmin sınaqlar qarşısında verdiyimiz qərarlar bizim kim olduğumuzu göstərir.

Bəlkə də bu ailənin qarşısına çıxan ən ağır sınaqlardan biri məhz bu olub. Amma bir uşağın dünyaya gəlməsi onun seçimi deyildi. O, öz fiziki xüsusiyyətlərini də, hansı ailədə dünyaya gələcəyini də seçməyib.

Digər tərəfdən, burada hamiləlik dövrü ilə bağlı ciddi suallar da ortaya çıxır. Valideyn hamiləlik müddətində müayinələrdən keçməyibmi? İnsan bətnində daşıdığı uşağın sağlamlığına necə biganə qala bilər?

Əlbəttə, belə bir vəziyyəti qəbul etmək valideyn üçün asan deyil. Övladının sağlamlığı ilə bağlı gözlənilməz xəbəri eşitmək insanda qorxu, sarsıntı və psixoloji çətinlik yarada bilər. Bunu da nəzərə almaq lazımdır.

Amma bütün bunların içində ən vacib olan uşağın özü və onun gələcəyidir.

Bəlkə də həmin körpə gələcəkdə çox güclü, uğurlu və öz həyatını özü quran bir insan olacaq. Bəlkə də minlərlə insana ilham verəcək. Bunun üçün isə ona yaşamaq, böyümək, sevilmək və özünü dəyərli hiss etmək imkanı verilməlidir.

Uşaqlar dünyaya bizim gözləntilərimizi doğrultmaq üçün gəlmirlər. Onlar olduqları kimi sevilmək, qorunmaq və həyata tutunmaq üçün dünyaya gəlirlər.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Sentyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri