Qolunu aqreqata ilişdirən 17 yaşlı gənc həyatını itirdi
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
İzmirin Kiraz rayonunda 17 yaşlı Adem Kaygısız, torpaq işləmə aqreqatına (rotovatora) ilişən çuvalı çıxarmaq istədiyi zaman qolunu aparata salaraq faciəvi şəkildə həlak olub.
Sherg.az xəbər verir ki, hadisə Olgunlar məhəlləsində baş verib. 17 yaşlı Adem Kaygısız ailəsinə məxsus şalğam (turp) tarlasında traktorlə alaq təmizləməyə başlayıb.
Traktorun arxasında quraşdırılmış rotovatora bir çuval ilişib. Çuvalı çıxarmağa çalışan Kaygısızın qolu aqreqata düşüb.
Ətrafdakıların xəbər verməsi ilə hadisə yerinə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.
Tibb işçilərinin yoxlaması nəticəsində Adem Kaygısızın həyatını itirdiyi müəyyən edilib.
Hadisə ilə bağlı istintaq başladılıb.
Bu mövzuda digər xəbərlər:17 yaşlı qız qızdırmadan həyatını itirdi KONKRET
07 Fevral 2026 20:42
17 yaşlı şagirdin qolunu müəllimi sındırıb? VİDEO
27 May 2026 19:36
Türkiyədə avtomobilin vurduğu 17 yaşlı qız həyatını itirdi
03 Fevral 2025 22:47
Sumqayıtda 17 yaşlı qız binadan yıxılaraq həyatını itirdi
23 Fevral 2026 12:26
Xaçmazda ağır qəza: 17 yaşlı tələbə həyatını itirdi
27 Avqust 2026 10:35
Baxış sayı:138
Bu xəbər 13 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















