Xaçmazda ağır qəza: 17 yaşlı tələbə həyatını itirdi
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Xaçmaz, 27 avqust, AZƏRTAC
Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qaraçı kəndində qeydə alınan hadisə zamanı Rəşad Məmmədsəidov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə piyadanı vurub. Qəza zamanı ağır xəsarətlər alan kənd sakini 17 yaşlı Abbasov Böyükağa Abbasəli oğlu dünyasını dəyişib.
Hadisə şahidlərinin sözlərinə görə, qəza gecə saatlarında B.Abbasov kənddəki kompyuter oyunları zalından evə qayıdan zaman baş verib.
Qəzada dünyasını dəyişən gənc Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəznində Neft-Energetika Kollecində təhsil alırdı.
Faktla bağlı araşdırma aparılır.
Müxbir- Elxan Yusifli
Baxış sayı:114
Bu xəbər 27 Avqust 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















