Icma.az
close
up
RU
Qonaqlara yeməyin içərisində 49 min qarışqa yedirən məşhur restoran cərimələndi

Qonaqlara yeməyin içərisində 49 min qarışqa yedirən məşhur restoran cərimələndi

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Koreyanın paytaxtı Seulda iki “Michelin” ulduzuna sahib “Evett” restoranı yeməklərdə istifadəsinə icazə verilməyən qarışqalardan istifadə etdiyi üçün cərimələnib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, restoranın sahibi 18,4 min manat, müəssisəni idarə edən şirkət isə 12,3 min manat məbləğində cərimələnib.

Cənubi Koreyanın Qida və Dərman Təhlükəsizliyi Nazirliyi internetdə restoran müştərilərinin paylaşdığı foto və rəylərdən sonra məsələni araşdırmağa başlayıb.

Araşdırma zamanı məlum olub ki, restoran sahibi bəzi desertlərə turş dad vermək məqsədilə 3-5 qarışqa əlavə edib. Bu üsul təxminən dörd il ərzində tətbiq olunub və həmin müddətdə ümumilikdə 49 minə yaxın qarışqadan istifadə edilib.

Qarışqaların böyük hissəsinin ABŞ-dan, bir qisminin isə Tailanddan gətirildiyi bildirilir.

Qarışqaların istifadəsinə icazə verilmirmiş

Cənubi Koreyada insan qidasında yalnız 10 növ həşəratdan istifadəyə icazə verilir. Siyahıya bəzi çəyirtkə və ipəkqurdu növləri daxil olsa da, qarışqalar bu siyahıda yer almır.

Restoran sahibi isə qarışqaların başqa ölkələrdə qida kimi istifadə edildiyini əsas gətirərək qadağadan xəbərsiz olduğunu bildirib.

Araşdırma zamanı istifadə edilən qarışqalarda ağır metalların səviyyəsinin icazə verilən normadan yüksək olduğu da müəyyən edilib.

Prokurorluq restoran sahibinə bir il həbs və 24,5 min manat cərimə tələb edib. Lakin məhkəmə onun ittihamı qəbul etməsini və əvvəllər məhkum olunmamasını nəzərə alaraq yalnız pul cəriməsi tətbiq edib.

Restoran sahibi qarışqaların 15 yeməkdən ibarət menyunun yalnız kiçik bir hissəsində istifadə olunduğunu və müştərilərə bu barədə əvvəlcədən məlumat verildiyini bildirib.

Hadisə xüsusilə dörd il ərzində yeməklərin hazırlanmasında on minlərlə qarışqadan istifadə olunması səbəbindən geniş müzakirələrə yol açıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri