Icma.az
close
up
RU
Qonşu ölkədə 23 ildən sonra eyni ssenari təkrarlanacaq? Tarix verildi

Qonşu ölkədə 23 ildən sonra eyni ssenari təkrarlanacaq? Tarix verildi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına döyüş təyyarələrinin cəmləşdirilməsi müşahidə olunur. Digər tərəfdən, Vaşinqtonun martın 20-21-də İranın ali dini rəhbəri Əli Xamenei ilə bağlı hərbi addım ata biləcəyi ehtimalı gündəmdədir. Ekspertlər hazırkı aktivliyi ABŞ-ın İraqa hərbi müdaxiləsi və Səddam Hüseynin devrilməsi ərəfəsindəki proseslərlə müqayisə edirlər.

Mart ayında İranın vurulacağı haqda yayılan fikirlər nə dərəcədə gerçək sayıla bilər? İraq ssenarisinin təkrarlanma ehtimalı var?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ABŞ-ın Yaxın Şərqdəki bazalarına əlavə döyüş təyyarələrinin cəmlənməsi birbaşa hücum qərarı anlamına gəlmir:

“Bu, çox vaxt çəkindirmə və təzyiq mexanizminin tərkib hissəsi olur. Xüsusilə Əli Xamenei kimi ali siyasi-dini fiqura qarşı konkret tarix göstərilərək hərbi əməliyyat ehtimalının irəli sürülməsi daha çox informasiya müharibəsi və psixoloji təzyiq elementi təsiri bağışlayır. Vaşinqtonun İranla bağlı strategiyası adətən mərhələli sanksiyalar, regional müttəfiqlərin gücləndirilməsi və hərbi mövcudluğun artırılması üzərindən qurulur. Birbaşa zərbə isə yalnız hərbi deyil, həm də geniş geosiyasi nəticələr doğuracaq qərardır. Bu cür addımın əvvəlcədən açıq şəkildə tarixlə “anons” edilməsi real əməliyyat praktikasına uyğun görünmür”.

Züriyə Qarayeva

Politoloq bildirib ki, “İraq ssenarisi”nin təkrarlanması ehtimalı da indiki şəraitdə məhdud görünür:

“2003-cü ildəki İraq müdaxiləsi ilə bağlı qərarlar fərqli beynəlxalq kontekstdə və fərqli güc balansı şəraitində qəbul edilmişdi. İran isə həm hərbi potensialı, həm regional təsir imkanları, həm də qeyri-dövlət aktorları üzərindəki təsir rıçaqları baxımından tamamilə başqa ölçüdə aktordur. Bu səbəbdən mümkün ssenari daha çox məhdud zərbələr, kiber və ya dolayı qarşıdurma formatında ola bilər. Həm ABŞ, həm də region ölkələri üçün belə bir eskalasiya yüksək riskli olduğundan, hazırkı hərbi hərəkətliliyi daha çox təzyiq və mesaj xarakterli addım kimi qiymətləndirərdim”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Fevral 2026 07:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri