Qonşu ölkələrin gömrüyündə yükləri 1 2 saat saxlayırlar, bizdə isə 1 2 gün Fazil Mustafadan ETİRAZ
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Yüklər nə zaman xarab olur? Qanunsuz və əsassız saxlama ilə bağlı olanda. Yükü bir neçə gün saxlayanda bu olur. Bizə qonşu olan ölkələrdə bir çox hallarda rahatlıqla 1-2 saata həll olunan prosedur, bizim əraziyə keçəndən sonra bir çox hallarda 1-2 gün yubadılmaqla baş verir. Belə olan halda malın xarab olmasına görə məsuliyyət ekspeditorun üzərində qalır. Bu da müştəri ilə aralarında böyük mübahisələr yaradır. Gələcəkdə beynəlxalq yük daşımalarında bu problemlər daha çox ortaya çıxacaq. İndidən müvafiq qurumların məsuliyyət məsələsini qoymalıyq".
Redaktor.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında bildirdi.
"Müvafiq orqan qanunsuz olaraq 3-5 gün hansısa malın, maşının saxlanılması məsələsindən uzaq durmalıdır. Ancaq məsuliyyət olanda uzaq duracaq. Məsuliyyət olmadıqda həmişə müştəri haqsız çıxacaq. Təklif dirəm ki, bu qanun layihəsində mütləq müavfiq icra hakimiyyəti orqanının məsuliyyətinin konkretləşməsi məsələsinə baxılsın. Bu, ölkənin imicidir. Ölkəyə gələn malların, yüklərin daşınması məsələsində əlavə problemlər yaşanmasın, ölkənin iqtisadi nüfuzu aşağı düşməsin", - deyə millət vəkili vurğuladı.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:99
Bu xəbər 25 Noyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















