Icma.az
close
up
RU
Qonşuda bişrər və təbii ki, bizə də düşər..?

Qonşuda bişrər və təbii ki, bizə də düşər..?

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Yəni Rusiyada bahalaşacaq balıq konservlərinin bizdən də yan keçməyəcəyi məlum məsələdir...

Bu arada balıq emalı ilə məşğul olan üç şirkət – “Baltiyskiy bereq”, “Russkoe more” və “Evroprom” dekabrın 16-18-də öz məhsullarının qiymətlərini artıracaq.

SİA-nın məlumatına görə, bu barədə “Kommersant” şirkətlərin qiymət artımı barədə pərakəndə satış şirkətlərini xəbərdar etdiyi məktublara istinadən xəbər verir.

“Baltiyskiy bereq” 16 məhsul üzrə qiymətləri 3-25 faiz artıracaq. Ən çox pivə üçün balıq dəstləri bahalaşacaq; yağda və duzlu suda midye, doğranmış kalamar və dəniz məhsulları pastası 20 faiz bahalaşacaq. Siyənək filesinin qiyməti 10 faiz artacaq.

İstehsalçıların məktublarından belə nəticə çıxır ki, qiymət artımı xammalın qiymətinin artması və balıq qıtlığı ilə bağlıdır.

Artıq cəhrayı qızılbalıq 30 faiz, skumbriya 40 faiz bahalaşıb. Sakit okean xammalı orta hesabla 16 faiz, Atlantik xammal 10 faiz bahalaşıb.

Qeyd edilməlidir ki, Yeni il öncəsi Rusiyada ərzaq məhsullarının qiymətləri tələbatın artması səbəbindən ənənəvi olaraq qalxır.

...Rusiya Federal Antiinhisar Xidməti bu praktikanı bəyənmədiyini bildirib.

Qeyd edilməlidir ki, bu payız Rusiyada kərə yağı ətrafında ajiotaj yaranıb. Rosstatın məlumatına görə, 2024-cü ilin əvvəlindən noyabrın 5-dək kərə yağı 27,5 faiz bahalaşıb. İri istehsalçılar istehsalı azaltmağa və kərə yağının pərakəndə satış şəbəkələrinə daşınmasını dayandırmağa başladılar.

Bəzi supermarketlərdə yağ qoruyucu qutularda qablaşdırılmağa və ya rəflərdən tamamilə çıxarılmağa başlanıb, sanki elit spirt və ya qara kürüdür.

Gərək ki, SİA bir müddət bundan əvvəl də yazmışdı: yanvarın 1-dən Rusiyada spirtli içkilərin qiymətlərinin artacağı gözlənilir.

Qonşuda bişrər və təbii ki, bizə də düşər..?

Yəni Rusiyada bahalaşacaq balıq konservlərinin bizdən də yan keçməyəcəyi məlumdur.

Nazlı Almuradova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Dekabr 2024 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see408

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see291

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see283

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see278

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see273

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see272

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see269

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see267

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see265

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see264

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see249

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see245

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see241

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see241

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see241

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see240

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see239

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see238

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri