Icma.az
close
up
RU
Qonşuda bişər, bizə də düşər ... Müharibələr miqrant axını və təhlükəsizlik problemlərinə zəmin yaradır

Qonşuda bişər, bizə də düşər ... Müharibələr miqrant axını və təhlükəsizlik problemlərinə zəmin yaradır

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın iki qonşusu real olaraq müharibə şəraitindədir. Rusiya-Ukrayna müharibəsi və İsrail-iran müharibəsinin təhlükələri bölgədən yan keçmir. Azərbaycan əhalisi arasında quru sərhədlərinin bağlı qalması ilə bağlı zaman-zaman narazılıqlar olsa da, əhlai bu addımın məhz onların təhlükəsizliyi baxımından önəmli olmasını qəbul və dərk etməlidir. Çünki quru sərhədlərinin açıq olması təkcə miqrant axını deyil, eyni zamanda bir çox problemlərin yaranması ilə nəticələnə bilər.

Milli Məclisin deputat Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, quru sərhədlərinin bağlı olmasının bir səbəbi də cənab Prezidentin bir neçə çıxışında da qeyd etdiyi kimi ölkənin təhlükəsizlik sisteminin effektiv işləməsi ilə bağlıdır.

Azər Allahverənov

“Bizə qonşu olan dövlətlərdə çox ciddi münaqişələr mövcuddur. Münaqişə bu və ya digər formada qonşu dövlətlərə də sirayət edir: Biz bunu Rusiya-Ukrayna müharibəsində gördük. Xüsusilə də, Ukraynadan və Rusiyadan milyonlarla insanın qonşu ölkələrdə məskunlaşmasının həmin ölkələrə sonrakı mərhələdə çox ciddi problemlər yaratmasını gördük. Məsələn; Polşada, Rumıniyada məskunlaşan milyonlarla ukraynalı qaçqın hökumət üçün çox ciddi çağırışlar formalaşdırdı. Çox ciddi problemlərə yol açmış oldu. Sosial siyasətin müəyyən mənada çox ciddi problemlərlə üzləşməsinin şahidi olduq. Almaniyada da eynilə biz belə halların kifayət qədər olduğu ilə tanış olduq. Nəticə etibarilə bu gün həmin dövlətlər, hətta artıq həmin o qaçqınların və məskunlaşan ukraynalıların geri qaytarılması və ya onlara verilən sosial müavinatların həcmlərinin azaldılması və digər istiqamətlərdə müəyyən təkliflər irəli sürürlər. Hətta bəzi siyasi dairələr bir antimiqrant ritorikasını da gücləndirmiş oldular. Bu da bir daha onu göstərdi ki, münaqişələr baş verən ölkələrin qonşu dövlətlərində də sosial müstəvidə humanitar sahədə çox ciddi problemlərə yol açır”-deyə deputat vurğulayıb.

Azər Allahverənov qeyd edib ki, burada əsas problem miqrant axının olması kimi də dəyərləndirilir: “Bəlli məsələdir ki, münaqişə baş verirsə, qonşu dövlətlərə münaqişənin keçməsi və müxtəlif proksi qüvvələrin daxil olması, sonra proksi qüvvələr üzərindən müəyyən siyasi müstəvidə təlatümlərin yaşanması və digər məsələlər də özünü göstərir. Məsəl üçün Gürcüstanı götürək. Gürcüstanda sərhədlər bağlı deyildi. Rusiya-Ukrayna münaqişəsi zamanı Gürcüstana çox sayda əcnəbi daxil oldu və bu əcnəbilər sonrakı mərhələdə çox ciddi problemlər yaratdı. 2024-cü ildə “xarici agentlər haqqında” qanunun ətrafında gedən etirazlara nəzər salaq. Gürcüstan hökumətinin özünün yaydığı məlumatdan da bəlli olur ki, “Xarici agentlər haqqında” qanunun qəbul olunmasına etiraz edən 10 minlərlə insan arasında, eyni zamanda çoxsaylı insan məhz xarici ölkələrdən gəlib. Həmin etiraz dalğasını formalaşdıran və daha mütəşəkkil qaydada aparılmasında maraqlı olan qüvvələr, həmin elementlərdən çox ciddi şəkildə istifadə ediblər. Yəni kənar şəxslərin ölkə ərazisində olması və onların etirazının da müəyyən siyasi məqsədlər üçün onların imkanlarından istifadə edilməsi elementini gördük.

Bu iki hal bir daha onu göstərir ki, istər Avropa ölkələri olsun, istərsə də Gürcüstan olsun, burada sərhədlər üzərindən keçən axınların düzgün idarə olunmaması, sərhədlərin açıq olması səbəbindən çox sayda xarici ölkə vətəndaşının ölkəyə daxil olması sonrakı mərhələdə ictimai siyasi mühitin müəyyən gərginliyinə səbəb olur”.

Azər Allahverənov vurğulayıb ki, bu baxımdan Azərbaycan hökumətinin quru sərhədlərin bağlanması ilə bağlı olan qərarının hələ də olması çox doğru addımdır və günün tələbinə cavab verən bir haldır.

“Bu gün İran-İsrail münaqişəsi müstəvisində baş verən proseslər də bir daha onu göstərir ki, artıq İranda müəyyən qüvvələr var ki, onlar, münaqişənin hardasa dayandırılması yox, daha sərt çağırışlar dilə gətirməklə daha da genişlənməsində və yeni zərbələrin, İsrailə, İsrailin İrana endirilməsində maraqlıdırlar. Bu da onu göstərir ki, miqyas böyüyə bilir. İsrail bəyan edir ki, “biz məqsədlərimizə çatmamışıq”. Digər tərəfdən İran bildirir ki, “biz nüvə proqramını dayandırmaq niyyətində deyilik” Bu tərəflər arasında münaqişənin daha da dərinləşməsi və daha da böyüməsi çox ciddi təhlükələr yaradır. Humanitar böhranın baş verməsi, çox böyük qaçqın axınının büruzə verməsi özünü göstərə bilər.

Pakistanla İran arasında rəsmi olaraq sərhədin bağlanması barədə qərar verildi. Çünki bəzi dövlətlər narahatdır ki, bu münaqişə ocağının coğrafiyası böyüyə bilər. Müəyyən qüvvələr qonşu ölkələrin ərazisinə gedib oradan müəyyən fəaliyyətlər göstərə bilərlər və bu da həmin dövlətlərin hökumətlərinə ciddi problemlər yaratmış olar. Bu səbəbdən Pakistan sərhədin bağlanması barədə qərar verir.

Bütün bu hadisələr bir daha göstərir ki, quru sərhədlərin bağlanması və miqrasiya axınlarının düzgün idarə olunması üçün çox vacib bir elementlərdən biridir. Hava məkanları açıqdır. Ölkə ərazisinə daxil olmaq istəyənlər yalnız hava məkanından istifadə edərək ölkə ərazisinə daxil ola bilər. Sırf təhlükəsizlik tədbirlərinin görülməsi baxımından bunu da çox rahat şəkildə idarə etmək mümkündür”-deyə deputat bildirib.

Azər Allahverənov qeyd edib ki, quru sərhədlər zaman-zaman açılır: “Quru sərhədlər hər zaman bağlı deyil. Məsələn, humanitar dəhlizlərin verilməsi baxımından açıqdır. İran ərazisindən Rusiya və digər ölkələrin vətəndaşlarının İran-Azərbaycan sərhədindən keçməsi üçün Azərbaycan tərəfi humanitar dəhliz yaradıb. Müvəqqəti sərhədi açıb, onların təhlükəsiz şəkildə, təxliyə olunması üçün zəruri addımlar atılır. Zaman-zaman sərhədin açıldığının şahidi oluruq və bugünkü şəraitdə hökumətin bu istiqamətdə atdığı bütün addımlar təqdirəlayiqdir və ölkənin təhlükəsizlik sistemini effektiv işləməsi üçün bu kimi üsullardan istifadə, eyni zamanda ölkə əhalisinin maraqlarının təmin olunması nöqteyi-nəzərindən vacibdir ki, bu da çox müsbət dəyərləndirilən bir haldır”.

İradə Cəlil, Bizimyol.info“

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 İyun 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri