Icma.az
close
up
RU
Qonşuları Zukerberqi şikayət etdi: Məhəlləmizi işğal edib FOTO

Qonşuları Zukerberqi şikayət etdi: Məhəlləmizi işğal edib FOTO

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Meta” şirkətinin CEO-su Mark Zukerberqin “Palo Alto Crescent Park”dakı nəhəng yaşayış kompleksi bir müddətdir ki, sakinlər tərəfindən tənqid edilir.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, milyarder Mark Zukerberq və həyat yoldaşı Prisçilla Çən 2011-ci ildə “Edgewood Drive”da 520 kvadratmetrlik tarixi ev alıblar.

“New York Times” yazır ki, bu, cütlüyün sözügedən ərazidə aldığı yeganə ev deyil. İddiaya görə, Zukerberq həmin ərazidə azı 11 ev alıb və 110 milyon dollar xərcləyib.

Bəzi evlər boş qalıb, hovuzları və həyətləri olan digər beşi isə fərdi ailə evləri və qonaq evləri olan nəhəng kompleksə çevrilib.

“Times”ın məlumatına görə, kompleksə 14 uşağa xidmət edən özəl məktəb və Zukerberqin həyat yoldaşı üçün sifariş verdiyi 2.13 metrlik heykəl daxildir.

Bununla belə, qonşular hesab edirlər ki, Zukerberq mülkləri ilə məhəlləni “işğal edir”. 

Hamilton prospektindəki evi üç tərəfdən zukerberqin mülkləri ilə əhatə olunan Mişel Kişnik iddia edir ki,rəsmi sənədlərdə qeyd olunan milyarderin 650 kvadrat metrlik zirzəmisi əslində sığınacaqdır.

Sakinlər həmçinin deyirlər ki, Zukerberq bir vaxtlar sakit olan məhəlləni küçə kameraları, təhlükəsizlik maşınları və ziyarətçiləri lentə alan təhlükəsizlik işçiləri ilə əhatə edib.

Milyarderin sözçüsü Aron Maklir ciddi təhdidlər səbəbiylə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini, kameraların qonşuların mülklərinə yönəldilmədiyini və narahatlığa səbəb olarsa, düzəliş edildiyini deyib.

Zukerberqin maşınlarının bəzi küçələrdə qonşuların maşın saxlamasına mane olduğu iddia edilir.

Bildirilir ki, problemlərdən biri Zukerberqin 2016-cı ildə dörd evi söküb yerinə daha kiçik evlər və böyük zirzəmilər tikmək planından qaynaqlanır.

Bələdiyyə bu iddialarla razılaşsa da, eyni vaxtda üçdən çox obyektin tikintisinə başlandıqdan sonra Memarlıq Nəzarət Şurası işə qarışıb. Şura tikintiyə icazə verməyib.

Bununla belə, milyarder eyni vaxtda yalnız bir və ya iki ev tikmək planlarını yavaşlatmaqla hüquqi boşluqdan istifadə edib. Nəticədə sakinlər deyirlər ki, 8 illik tikinti dövrü davamlı səs-küylə nəticələnib, nəhəng maşınlar məhəlləyə daxil olub və qonşu yollar məcburi bağlanıb.

Sakinlər Zukerberqin böyük şənlikləri zamanı küçələrin günlərlə nəqliyyata bağlandığını iddia edərək, yüksək səsli musiqidən polisə şikayət etdiklərini, lakin nəticəsiz qaldığını bildirirlər.

Palo Alto Şəhər Şurasının sözçüsü deyir ki, Zukerberqə heç bir xüsusi münasibət göstərilməyib və bütün icazələr qanun çərçivəsində verilib. Şəhər Şurasının üzvü Greer Stone iddia edir ki, Zukerberq qanuni boşluqlardan istifadə edərək məhəlləni faktiki şəkildə ələ keçirir.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Avqust 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see217

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see172

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see153

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri