Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Qonşuluq diplomatiyasının zəfəri

Qonşuluq diplomatiyasının zəfəri

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskva–Bakı strateji dialoqunun bərpası Cənubi Qafqazda sülh və sabitlik üçün yeni üfüqlər açır

Dövlətlərarası münasibətlərin siyasi kompasında əqrəb müvəqqəti təlatümlərə baxmayaraq, sonda həmişə strateji maraqların və dəyişməz coğrafi reallıqların göstərdiyi qütbü tapır. Azərbaycan və Rusiya arasında dialoqun yenidən intensivləşməsi və münasibətlərdə müşahidə olunan istiləşmə, məhz həmin  qanunauyğunluğun təzahürüdür. Bu, kənar təsirlərin və emosional dalğalanmaların yaratdığı süni maneələrin aradan qaldırılaraq iki qonşu dövlətin ortaq məxrəcə gəlməsinin hər iki tərəfin uduşu və qonşuluq diplomatiyasının məntiqi qələbəsidir. Dövlət başçılarının siyasi iradəsi ilə başlayan həmin normallaşma prosesi Cənubi Qafqazda sülh və sabitliyin gələcəyi üçün alternativsiz əməkdaşlığın konturlarını yenidən cızır.

Münasibətlərin hazırkı mərhələdəki uğurunun əsas açarı prosesin ictimai diskursun səs-küyündən kənarda sakit və işgüzar təmaslar formatında aparılmasıdır. Emosiyaların siyasi məqsədəuyğunluğu kölgədə qoyduğu anlarda ən dayanıqlı münasibətlər belə sınağa çəkilə bilər. Məhz buna görə də iki ölkə arasında aparılmış sakit təmaslar emosiyadan kənar, qarşılıqlı maraqlar və regional reallıqlar nəzərə alınmaqla davam etdirilməlidir. Həmin yanaşma, həm təxribatçı üçüncü qüvvələrin münasibətlərə müdaxilə imkanlarını məhdudlaşdırır, həm də mürəkkəb məsələlərin peşəkar və nəticəyönümlü həllinə şərait yaradır.

Normallaşma prosesinin hərtərəfli və səmimi xarakter alması üçün növbəti vacib addım Rusiya Federasiyasında yaşayan və həmin ölkənin vətəndaşı olan azərbaycanlılara qarşı son vaxtlar intensivləşən təqiblərin tamamilə dayandırılmasıdır. Dövlətlərarası münasibətlərin səmimiliyi, eyni zamanda vətəndaşlara qarşı münasibətdə özünü büruzə verir. Rusiya cəmiyyətinə və iqtisadiyyatına əsrlər boyu töhfələr vermiş, qanunlara riayət edən azərbaycanlıların hədəfə alınması, dostluq və qonşuluq ruhuna zidd olan vəziyyətdir. Yəqin etmək olar ki, prezidentlərin görüşündən sonra Rusiya Federasiyasının aidiyyəti təşkilatları, xüsusilə hüquq mühafizə bloku lazımi impulslar almışdır və həmin mənfi tendensiyaya qısa zamanda son qoyulacaq.

Bütün mürəkkəb dövrlərə və fərqli maraqlara rəğmən Azərbaycan və Rusiya üçün dəyişməz qalan fundamental həqiqət var: biz dostuq və qonşuyuq. Coğrafiyanı və tarixi dəyişmək mümkün olmur. Pozitiv yanaşma hər iki ölkənin milli maraqlarından irəli gələn strateji imperativdir. Münasibətlərin normallaşması bütövlükdə Cənubi Qafqaz regionunun sabitliyinə və inkişafına xidmət edən mühüm hadisədir.

Yusif Şərifzadə

X.Q

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri