Icma.az
close
up
RU
Qonşunu oyatma: İndi cərimələtmək asan olacaq

Qonşunu oyatma: İndi cərimələtmək asan olacaq

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Drel, mahnı, qaynaq – axşam saatlarında evinizdə bunları etməyin!


Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir. Vətəndaşların haqlı narazılığına səbəb olan bu cür hallar aşkar olunduqda ərazi polis orqanında tədbirlər görülür.

DİN-dən bildirilib ki, gecə saat 00:00-dan sonra yaşayış məntəqələrindəki yollarda hərəkətdə olan zaman avtomobildə yüksək səslə musiqiyə qulaq asmaq, tez-tez səs siqnalından istifadə etmək də qanunla qadağandır. Bu cür hallara yol verilməsi ictimai asayiş pozuntusudur və nəqliyyat vasitəsinin saxlanılmasına qanuni əsas yaradır: "Bir daha qeyd edək ki, məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Xəbərdarlıqlara baxmayaraq, belə hallara təkrar yol verən şəxslər barəsində daha sərt tədbirlərin görüləcəyi nəzərdə tutulur". 

 

Hüquqşünas Əkrəm Həsənov da gecə saatlarında fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin yaratdığı səs-küy, eyni zamanda yaşayış binalarında insanların istirahətinə mane olan digər səslərin cəmiyyətdə haqlı olaraq ciddi  narahatlıq doğurduğunu vurğulayıb. Hüquqşünas “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu məsələ yalnız etik deyil, həm də hüquqi kontekstdə ciddi şəkildə nəzərdən keçirilməlidir:

 “İctimai qaydaların pozulması yalnız hüquqi məsələ deyil – bu, həm də vətəndaş məsuliyyətidir. İnsanların istirahət hüququ toxunulmazdır və bu hüququn qorunması cəmiyyətin ümumi rifahının əsas şərtlərindən biridir.

Bəlkə də, çoxları məişət səs-küyünə görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulduğundan xəbərsizdir. Buna görə kiminsə cərimə ediləcəyini, polisin xəbərdarlıq etmək hüququnun olduğunu da bilmirlər.

 Hər kəsin istirahət hüququ var. Günün gec saatlarında, ya da səhər tezdən kimisə narahat edəcək hərəkətlərə yol vermək olmaz. Görürsən biri mənzilində drel işlədir, qaynaq işləri gördürür. Bunu günün iş saatlarında etməlidir. Yoxsa ki axşam 9-dan sonra, ya da sübh tezdən bu cür işlər görməklə başqalarını narahat edir. Avropada belə məsələlərə çox ciddi yanaşırlar. 

İnsanların istirahət hüququnun pozulmasına görə cərimələr qanunvericilikdə təsbit olunub. Bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Belə ki, məcəlləyə görə, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə, yəni mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 07-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir. Onu da deyim ki, səs-küy problemi təkcə qanunvericiliklə həll olunmalı məsələ deyil. Bu, həm də cəmiyyətin bir-birinə qarşı göstərdiyi empatiya, qayğı və hörmət mədəniyyətinin göstəricisidir. Əgər insan öz qonşusunun gecə saatlarında istirahət etdiyini düşünmürsə, bu artıq cəmiyyətin daxili münasibətlər sistemində bir boşluqdan xəbər verir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyun 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri