Qonşusunu xırdabuynuzlu heyvanlara görə döyən şəxs məhkəmə zalından həbs edildi
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İqbal Balayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 21 noyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Bərdə rayonu Nazırlı kəndində qeydə alınıb.
Belə ki, İqbal Balayevin yaşadığı evin həyətyanı sahəsinə qonşusu, zərərçəkmiş Tahir Nəbiyevin (adı, soyadı şərtidir) xırdabuynuzlu heyvanları daxil olub. Buna narazılığını bildirən təqsirləndirilən şəxs qonşusu ilə mübahisə edib. Bu zaman İqbal Tahirin sifət nahiyəsinə zərbə vuraraq, ona bədən xəsarəti yetirib.
Hadisədən sonra İqbal Balayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından dərhal həbsə alınıb.
Kamal Məmmədov


