Qonşusunu döyən şəxsin hökmü dəyişdi
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən T.Məmmədovun barəsindəki qərardan verilən kasassiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 4 ildən 3 ilə endirilib.
İttihama görə, hadisə 20 oktyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində qeydə alınıb.
Belə ki, T.Məmmədov əvvəldən tanıdığı qonşuluğunda yaşayan zərərçəkmiş Samir Səfərovla (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zamanı zərərçəkmiş ona qarşı nalayiq ifadələr işlədib. Sonra təqsirləndirilən şəxs baş və yumruğu ilə Samirin baş və sifət nahiyəsinə çoxsaylı zərbələr endirərək, onun sağlamlığına ağır zərər yetirib.
Hadisədən sonra T.Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov


