Icma.az
close
up
RU
Qonşusunun evinə gələnlərin şəklini çəkdi, dava düşdü

Qonşusunun evinə gələnlərin şəklini çəkdi, dava düşdü

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda 1982-ci il təvəllüdlü Azər qonşusu Elçin Quliyevə xəsarət yetirib.
Demoktat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 3-də rayonun Zabrat qəsəbəsində baş verib. Azər həmin gün saat 19 radələrində ictimai yer hesab olunan Elçinin şlətdiyi mağazaya daxil olub və Elçinin guya onun evinə gələn şəxslərin foto şəkillərini çəkdiyini iddia edib. 
Azər Elçinin bu hərəkətlərini inkar etməsini cüzi səbəb kimi bəhanə edib və Elçini qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Azərin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Elçini qonşuluqda yaşadığına görə tanıyıb:
“Hadisə günü yaşadığım evin yaxınlığında olan zaman tanımadığım şəxs mənə yaxınlaşdı və Elçinin mənim yaşadığım evə gələn şəxslərin mobil telefonu vasitəsi ilə fotoşəkillərini çəkdiyini bildirdi. Həmin gün saat 19 radələrində Elçinin işlədiyi marketə getdim. Elçinə tanımadığı şəxsin evimə gələn şəxslərin fotoşəkillərinin onun tərəfindən çəkilməsini eşitdiyini dedi. Elçin isə cavabında belə bir hərəkət etmədiyini söylədi. Elçinin mənimlə kobud danışmasından sonra aramızda mübahisə yarandı. Bu zaman əsəblərimə hakim çıxa bilmədim, marketin içərisində olan fincanı götürərək onun üzərinə atdım. Fincan Elçinin hansı nahiyəsindən dəyməsini görmədən marketdən çıxaraq oradan uzaqlaşdım”.
Zərərçəkmiş Elçinin sözlərinə görə, yaşadığı evin bir hissəsini mağaza kimi işlədərək ailəsini dolandırır: “Əlil olduğum üçün oğlum Mehdi hər gün mənimlə birlikdə mağazada işləyir və mənə kömək edir. Azər isə bizimlə eyni məhəllədə yaşayır və aramızda qonşu kimi normal münasibət var”. 
Zərərçəkmiş qeyd edib ki, oktyabrın 3-də, saat 19 radələrində oğlu ilə birlikdə marketdə olan zaman Azər hirsli şəkildə mağazaya daxil olub və niyə onun evinə gedib-gələn şəxsin fotoşəkillərini çəkdiyini soruşub: “Azər qəflətən marketdə ərzaqları düzmək üçün quraşdırdığım rəfin üzərində olan fincanı götürdü, üzərimə atdı və dərhal marketdən çıxaraq uzaqlaşdı. Həmin fincan başıma dəyərək qırıldı və başımdan xəsarət aldım”. 
Zərərçəkmiş bildirib ki, Azər narkotik istifadə etdiyi üçün məhəlləyə yad adamlar gəlib-gedib: “Onlar Azərin başına yığışıblar. Mən telefonunu qaldıraraq yalandan şəkil çəkdiyimi göstərmək istəmişəm ki, həmin adamlar polisdən qorxaraq gəlməsinlər. Azər mağazaya gələrək mənə nə üçün şəkil çəkdiyimi soruşdu. Mən də çəkmədiyimi bildirdim. Azərə kobud cavab vermədi, hər hansı təhqiredici ifadə işlətməmişəm. Azər məni söyərək təhqir etdi”. 
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azər 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, czaçəkmə müddətinin əvvəli 2 iyun 2025-ci il tarixdən hesablanması qərara alınıb. 
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. 
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib. Bundan sonra müdafiəçi kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə də şikayət təmin edilməyib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri