Icma.az
close
up
RU
Qorunan əmanətlər üzrə faiz dərəcəsi ildə iki dəfə müəyyən ediləcək

Qorunan əmanətlər üzrə faiz dərəcəsi ildə iki dəfə müəyyən ediləcək

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsi ilə nəzərdə tutulan prosesin səmərəliliyinin artırılması məqsədilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair Metodologiya təsdiq edilib.

"APA-Economics" xəbər verir ki, qeyd olunan Metodologiyanın məqsədi, qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin bazarda formalaşan depozit faizləri üzrə real dinamika ilə uzlaşdırılmasını, eləcə də bu həddin şəffaf və ölçülə bilən meyarlar əsasında müəyyən olunmasını təmin etməkdən ibarətdir.

Metodologiyaya müvafiq olaraq aparılmış hesablamalara əsasən, 2025-ci ilin son altı ayı ərzində banklar tərəfindən fiziki şəxslərdən milli valyutada cəlb olunmuş uzunmüddətli əmanətlər (müddəti 9 aydan çox olan əmanətlər) üzrə orta bazar faiz dərəcəsi azalma dinamikası nümayiş etdirməklə 10% təşkil edib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 yanvar 2026-cı il tarixli iclasında, sözügedən Metodologiyadan irəli gələrək üzərinə 2 faiz bəndi əlavə edilməklə, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilməyərək 12% səviyyəsində saxlanılmasına dair qərar qəbul edilib.

Qeyd edək ki, adı çəkilən Metodologiya əsasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinə dair növbəti qərarların ildə iki dəfə olmaqla qəbul edilməsi, həmin qərarların Fondun rəsmi internet səhifəsində açıqlanması və bank əmanətçilərinin müvafiq qaydada məlumatlandırılması təmin ediləcəkdir. Məlumat üçün bildirilir ki, məsələ ilə bağlı növbəti qərarın 2026-cı ilin iyul ayında qəbul edilməsi nəzərdə tutulub.

Sığortalanmış əmanət, o cümlədən ƏSF-yə üzv olan banklarda milli və xarici valyutada olan qorunan əmanətlər üzrə hazırda qüvvədə olan illik faiz dərəcəsinin yuxarı hədləri barədə məlumat növbəti keçid vasitəsilə əldə oluna bilər: https://adif.gov.az/az/insured-deposit.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Yanvar 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri