Icma.az
close
up
RU
Qorxunun ümidlə yanaşı addımladığı sükut...

Qorxunun ümidlə yanaşı addımladığı sükut...

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uzun müddətdir onkoloqla görüşmək, xərçəngin insan həyatına toxunan tərəfi haqqında yazmaq istəyirdim. Çünki bu xəstəlik mənim üçün heç vaxt sadəcə tibbi terminlərdən, statistik rəqəmlərdən və müalicə üsullarından ibarət bir mövzu olmayıb. Bu sözün arxasındakı yarımçıq qalan arzular, dəyişən həyat hekayələri, ailələrin keçirdiyi çətin günlər, qorxu, göz yaşları və bütün bunlara baxmayaraq sönməyən ümid hər zaman məndə maraq doğurub. Bir diaqnozun insanın düşüncələrini, gündəlik həyatını, gələcəyə baxışını necə dəyişdirdiyini, xəstənin və onun yaxınlarının hansı hissləri yaşadığını, həkimlərin isə hər gün bu emosional yükün içində necə çalışdıqlarını daha yaxından görmək istəyirdim. Buna görə də yolumu xəstəxanaya saldım.

Xəstəxanaların özünəməxsus bir sükutu olur. Sözlərin yerini baxışların aldığı, qorxunun ümidlə yanaşı addımladığı bir sükut... Burada yüksək səslə danışan olmur, amma hər kəsin ürəyində min cür fikir dolaşır. Kimisi analiz cavabını gözləyir, kimisi həkim otağının qarşısında sakitcə növbəsini. Gözlərdə narahatlıq da var, ümid də. Dəhlizdə oturarkən gözüm bir-bir insanların üzündə gəzirdi. Bəziləri həkimin qapısına baxırdı, bəziləri əlindəki analiz cavabını dəfələrlə açıb oxuyurdu. Elələri də var idi ki, heç nə demədən sadəcə gözləyirdi. Orada insanların üzünə baxmaq kifayətdir ki, hər kəsin öz içində necə böyük bir mübarizə apardığını anlayasan. Kimsə dua edir, kimsə ümidini itirməməyə çalışır, kimsə isə hələ eşitmədiyi cavabın həyatını dəyişəcəyini düşünərək susur. Həmin dəhlizdə insan anlayır ki, xərçəng təkcə tibbi diaqnoz deyil. O, hər ailənin, hər insanın fərqli yaşadığı bir sınaqdır. Bəzən bir söz, bir cavab, bir müayinə nəticəsi insanın bütün həyatını dəyişə bilir. O, eyni zamanda gözləməyin, mübarizə aparmağın, bəzən də həyata yenidən sarılmağın adıdır.

İnsan başa düşür ki, bəzən həyatın dəyərini ən çox xəstəxana divarları arasında hiss edirsən. Çünki burada insanlar böyük arzular qurmurlar. Kimsə sadəcə sağalmağı, kimsə övladının toyunu görməyi, kimsə nəvəsini qucaqlamağı, kimsə isə ağrısız bir gün keçirməyi arzulayır. Sağlam insanın adi hesab etdiyi bir gün burada ən böyük nemətə çevrilir.

Bəlkə də xərçənglə mübarizənin ən çətin tərəfi xəstəliyin özü qədər onun yaratdığı qorxudur. Çünki bəzən insanlar xəstəlikdən yox, onun haqqında eşitdikləri yanlış məlumatlardan qorxurlar. "Xərçəng sağalmır", "müalicənin faydası yoxdur" kimi düşüncələr insanları vaxtında həkimə müraciət etməkdən uzaqlaşdıra bilir. Onkoloqla söhbətim zamanı da bu məsələyə xüsusi toxunduq. Həkim bildirdi ki, müraciət edən xəstələrin əhəmiyyətli hissəsi xəstəliyin erkən mərhələsində yox, artıq gecikmiş dövrdə gəlir. Bunun səbəbi isə əksər hallarda simptomları ciddi qəbul etməmək və ya yanlış məlumatlara inanmaq olur. Halbuki müasir tibb son illərdə xərçəngin diaqnostikası və müalicəsində böyük inkişaf yolu keçib. Bu gün bir çox xərçəng növü erkən aşkarlandıqda uğurla müalicə olunur və insanlar normal həyatlarına qayıda bilirlər. Xərçənglə mübarizədə ən böyük silahlardan biri vaxtdır. Şikayətlərin yaranmasını gözləmədən müayinələrdən keçmək, bədəni tanıyaraq baş verən dəyişikliklərə diqqət etmək və şübhəli əlamətləri görən kimi həkimə müraciət etmək bir çox hallarda həyat qurtarır.

Xəstəxanadan çıxarkən dəhlizdə gördüyüm insanlar yadımdan çıxmırdı. Hər biri fərqli yaşda, fərqli taledə idi. Amma hamısını birləşdirən ortaq hissin adı ümid idi. Bəzilərində zəif, bəzilərində güclü olsa da, o ümid hər kəsin baxışında hiss olunurdu. Xərçəng həmişə son demək deyil. Bəzən o, həyata daha möhkəm sarılmağın, hər günün qiymətini bilməyin və ümidini itirməməyin başlanğıcı olur.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 İyul 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri