Icma.az
close
up
RU
Qoxlayaraq xəstəliyi tapır Başqa ölkələrdən minlərlə geyinilmiş köynək göndərirlər FOTO

Qoxlayaraq xəstəliyi tapır Başqa ölkələrdən minlərlə geyinilmiş köynək göndərirlər FOTO

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Parkinson xəstəliyini qoxlayaraq aşkarlayan qadın tibbdə inqilab yarada bilər.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Parkinson xəstəliyi dünyada ən sürətlə yayılan nevroloji xəstəliklərdən biridir və erkən diaqnozun çətinliyi müalicəni çətinləşdirir. Adətən neyronların böyük hissəsi məhv olduqdan sonra aşkar edilən xəstəlik tədqiqatçılar tərəfindən yeni yanaşmalarla daha erkən mərhələdə müəyyən edilə bilər. Şotlandiyalı Joy Milne-in kəşfi bu istiqamətdə mühüm dönüş nöqtəsidir.

Dundee şəhərində böyüyən Milne uşaqlıqdan kəskin iybilmə qabiliyyətinə sahib olduğunu anlayıb. Daha sonra o, tibbi qoxulara dair biliklərini inkişaf etdirərək, müxtəlif xəstəliklərin vücud qoxusunda yaratdığı dəyişiklikləri müəyyən etməyə başlayıb. Ən böyük uğuru isə Parkinson xəstəliyinin unikal iy spektrini tanımaq olub.

2015-ci ildə həyat yoldaşı Les-in Parkinsondan vəfat etməsindən sonra Milne ərinin xəstəlik diaqnozundan 17 il əvvəl vücudunun iyində dəyişiklik hiss etdiyini açıqlayıb. O, Parkinsonun özünəməxsus iy profilinə sahib olduğunu vurğulayıb.

Milne-in fərqli hissiyyatı tibb dünyasında maraq doğurub və o, Mançester Universitetində kimyaçı professor Perdita Barran ilə əməkdaşlığa başlayıb. Onların birgə araşdırmaları, Parkinson xəstələrinin dərilərində xəstəliyin erkən əlamətlərini müəyyən edə biləcək bioloji göstəriciləri ortaya çıxarıb. İy testlərinin təsdiqlənməsi üçün Milne müxtəlif ölkələrdən Parkinson xəstələrinə aid köhnə geyimləri qoxlayaraq diaqnoz qoymağa çalışıb və uğurlu nəticələr əldə edib.

Tədqiqatlar göstərir ki, sadə qoxu testi ilə Parkinson xəstəliyinin erkən diaqnozu mümkün ola bilər. Bu üsulun klinik sınaqları ilin sonuna qədər Mançester-dəki "Wythenshawe" Xəstəxanasında aparılacaq.

Həmçinin, tədqiqatçılar itləri müxtəlif xəstəlikləri qoxu vasitəsilə aşkarlamaq üçün öyrətməyi planlaşdırır. Xüsusilə "Peanut" adlı qızıl retriver və Labrador qarışığı Milne-in iy qabiliyyətinə yaxın nəticələr göstərib. Alimlər gələcəkdə süni intellekt və elektron burun texnologiyalarının da bu prosesə qoşulacağını düşünürlər.

Tibb sahəsində dərc olunan araşdırmalara görə 2050-ci ilə qədər dünya üzrə Parkinson xəstələrinin sayı 2021-ci illə müqayisədə 112% artaraq 25,2 milyona çata bilər. Xəstəliyin yayılma sürətinin əsas səbəbləri qlobal yaşlanma və əhali artımıdır. Xüsusilə, Şərqi Asiyada 10,9 milyon, Cənubi Asiyada isə 6,8 milyon xəstənin olacağı proqnozlaşdırılır.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Aprel 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri