Icma.az
close
up
RU
İğdır Naxçıvan qaz kəməri Naxçıvanın başqa ölkələrdən enerji aslılığını tam aradan qaldıracaq

İğdır Naxçıvan qaz kəməri Naxçıvanın başqa ölkələrdən enerji aslılığını tam aradan qaldıracaq

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Prezident İlham Əliyevin Ankaraya səfəri, İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüşlər hər iki ölkənin milli maraqları və strateji hədəfləri baxımından, xüsusilə dünyada tarixi proseslərin baş verdiyi məqamda mühüm əhəmiyyət daşıyır".
 

Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

O bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması Naxçıvanın başqa ölkələrdən enerji asılılığını tam aradan qaldıracaq və enerji təhlükəsizliyini təmin edəcək. Ermənistan isə yenə də bu kimi önəmli regional layihədən kənarda qaldı.

“Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirdi ki, 1920-ci ildə bolşeviklər Qərbi Zəngəzuru Ermənistana qanunsuz olaraq verməklə Azərbaycanla Naxçıvan və Türk dünyası arasındakı quru əlaqəni kəsdilər. Yəni, biz bu tarixi faktı unutmamışıq. Bu fikirləri söyləməkdə məqsəd Zəngəzur dəhlizinin Naxçıvanla maneəsiz kommunikasiya xətti kimi açılmasının tarixi bir zərurət olduğunu və bundan yayınmağın Ermənistana müyəssər olmayacağını bir daha xatırlatmaq idi. Ankarada hər iki lider Türk dünyasının real qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün Azərbaycan ilə Türkiyə arasındakı birlik və müttəfiqliyin daha da möhkəmləndirilməsinin vacib olduğunu bir daha vurğuladılar. Yəni, istənilən məsələdə Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır və biri-birinə hər cür dəstək vermək əzmindədir, dedilər. Bu, həm də o deməkdir ki, Türkiyə Azərbaycanın Zəngəzur dəhlizinin açılması və Cənubi Qafqazda sülhyaratma missiyasını, Azərbaycan da Türkiyənin Suriyada sabitliyin bərqərar olması və dövlətçiliyinin bərpası, PKK və ona bənzər terror təşkilatlarının Suriya və İraqda tərksilah olunması və ləğv edilməsi istiqamətindəki səylərini tam olaraq dəstəkləyir”, - deyə A.Quliyev vurğulayıb.

Dünyada çox ciddi tarixi dəyişikliyə və geosiyasi proseslərə şahidlik etdiyimizi deyən deputat bildirib ki, bu gün Yaxın Şərqin və Avropanın təhlükəsizliyinin təmin olunması, Ukraynada ədalətli və qalıcı sülhə nail olunması Türkiyənin iştirakı və sanballı töhfəsi olmadan mümkün deyil. Bu isə təkcə Türkiyə üçün deyil, həm də Azərbaycan və bütövlükdə Türk Dövlətləri Təşkilatı (TDT) üçün də yeni imkanlar deməkdir.

Hazırda biz dünyada yaşanan çox ciddi tarixi dəyişikliyə və geosiyasi proseslərə şahidlik edirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 07 Mart 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri