Icma.az
close
up
RU
QR kodlardan istifadə genişlənir: Mütəxəssis təhlükə barədə xəbərdarlıq edir

QR kodlardan istifadə genişlənir: Mütəxəssis təhlükə barədə xəbərdarlıq edir

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda bir çox sahədə QR kodlardan istifadə geniş yayılıb. Xüsusilə restoran və kafelərdə menyular QR kodlar vasitəsilə ilə tətbiq olunur. Pandemiya dövründə yaranan  tələbat bu texnologiyanın sürətlə yayılaraq, bir çox sahədə tətbiqinə səbəb oldu. Son dövrlərdə ictimai nəqliyyatda da bu texnologiyadan istifadə edilir. Bundan əlavə, QR kodlar mağazalarda məhsul haqqında əlavə məlumat əldə etmək, tədbirlərdə biletlərin yoxlanılması, reklam kampaniyalarında istifadəçiləri veb-saytlara yönləndirmək kimi müxtəlif sahələrdə də aktiv şəkildə istifadə olunur. Təhsil, səhiyyə və bank sektorunda da QR texnologiyasından istifadə daha da genişlənir.

Bəs həyatımızın gündəlik bir hissəsinə çevrilən QR kodlardan istifadə təhlükəlidirmi? Biz QR kodlarla ödəniş edərkən nəyə diqqət etməliyik?

İKT eksperti Elvin Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, QR kodlar gündəlik həyatımızı, xüsusən də restoranlarda menyuya baxmaq və ya nəqliyyatda ödəniş etmək prosesini xeyli sürətləndirir:

"Azərbaycanda hazırda bir aparıcı ödəniş platformasında QR kodla ödənişlərin kütləvi tətbiqi həyata keçirilir və bu, gündəlik alış-verişi xeyli asanlaşdırır”. 


Elvin Abbasov əlavə edib ki, texniki tərəfdən baxsaq görərik ki, QR kodun özü sadəcə bir keçid (link) və ya məlumat daşıyıcısıdır və onun "içində" nəyin gizləndiyini gözlə görmək mümkün deyil:

"Bu qeyri-müəyyənlikdən istifadə edən kiberdələduzlar, orijinal kodların üzərinə saxta stikerlər yapışdıraraq istifadəçiləri zərərli saytlara yönləndirə bilərlər. Beynəlxalq şirkətlərlə qurulan sıx ünsiyyət və əməkdaşlıq çərçivəsində rəqəmsal ödəniş platformaları təhlükəsizlik qatlarını artırsa da, son nöqtədə istifadəçinin diqqəti ən vacib texniki sipərdir”.

Ekspertin sözlərinə görə, QR kodla ödəniş edərkən və ya hər hansı məlumata daxil olarkən ilk növbədə kodun fiziki vəziyyətinə diqqət yetirmək lazımdır:

"Əgər kod bir stiker kimi başqa bir səthin üzərinə sonradan yapışdırılıbsa, bu ciddi şübhə doğurmalıdır. Kodu skan etdikdən sonra telefonunuzda açılan linkin ünvanını mütləq yoxlayın; rəsmi qurumun, restoranın və ya ödəniş platformasının adı ünvan sətrində təhrif olunubsa, dərhal prosesi dayandırın. Vətəndaş məsuliyyəti baxımından yadda saxlamaq lazımdır ki, QR kod skan olunarkən sizdən birbaşa bank kartı məlumatlarını və ya şifrəni daxil etmək tələb olunursa, bu əksər hallarda dələduzluqdur. Təhlükəsizliyinizi artırmaq üçün hər hansı naməlum QR skaner tətbiqi əvəzinə telefonun öz kamerasından və ya rəsmi ödəniş tətbiqlərinin daxili skanerindən istifadə etmək ən doğru texniki addımdır”.

Günay İlqarqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Mart 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri