Icma.az
close
up
RU
Qrenlandiyanın baş naziri Egede Trampı xalqına hörmətsizlik etdiyinə görə tənqid edib

Qrenlandiyanın baş naziri Egede Trampı xalqına hörmətsizlik etdiyinə görə tənqid edib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qrenlandiyanın baş naziri Mute Bourup Egede tez-tez "adaya nəzarəti ələ keçirmək istədiyini" deyən ABŞ prezidenti Donald Trampın Qrenlandiya xalqına hörmətsizlik etdiyini bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Danimarkanın ictimai yayımçısı DR-ə danışan Egede sabahkı ümumi seçkiləri və Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını dəyərləndirib.

Sabahkı seçkiləri "taleyüklü bir seçki" olaraq xarakterizə edən Egede, seçkidə qalib gələcəyi təqdirdə bütün partiyaların daxil olduğu bir hökumət qurmaq istədiyini bildirib. Egede deyib ki, yenidən seçiləcəyi təqdirdə edəcəyi ilk iş “Trampın adaya nəzarəti ələ keçirmək istəyinə baxmayaraq, amerikalılara Qrenlandiyanın Qrenlandiyalılara aid olduğunu izah etmək” olacaq.

Egede Trampın "gözlənilməz" olduğunu söyləyib: “Mən hazırda dünyada baş verənlərdən çox narahatam. Bizim bir çox cəbhələrdə pozulan bir dünya nizamı və ABŞ-da o qədər gözlənilməz bir prezident var ki, insanları etibarsız hesab edir”,- deyə ABŞ-ı tənqid edib.

Egede Trampın Qrenlandiya xalqına qarşı hörmətsizliyi ilə bağlı fikirlərini bölüşərək: “Bizə hörmətlə yanaşmağa layiqik və mən düşünmürəm ki, Birləşmiş Ştatlar prezidenti vəzifəyə gəldikdən sonra bunu etməyib”, - deyib.

Qrenlandiyanın təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün Qərb ölkələri ilə ittifaq qurmağı istisna etmədiyini deyən Egede, artıq ittifaqda olduğu ölkələrlə əməkdaşlığı artıracağına işarə edib. Egede, seçkilərdən sonra qurulacaq yeni hökumətin müstəqilliyə doğru atılacaq addımlarla bağlı "möhkəm bir plan ortaya qoyması" lazım olduğunu və balıqçılığa əsaslanan adanın iqtisadiyyatının turizm və mədən sektorları ilə inkişaf etdirilməsi lazım olduğunu qeyd edib.

Müstəqillik referendumunun nə vaxt keçiriləcəyi ilə bağlı açıqlama verməyən Egede müstəqillik üçün uzun illər gözləmək istəmədiyini də əlavə edib.

Tramp ABŞ administrasiyasına qayıtdıqdan sonra tez-tez Qrenlandiyanı əldə etmək istəyini dilə gətirib. 23 dekabr 2024-cü ildə "Truth Social" hesabında yazdığı bir yazıda ABŞ lideri Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması ilə bağlı ritorikasını təkrarlayıb, adada sahiblik və nəzarətə sahib olmağın "mütləq zərurət" olduğunu iddia edib.

Qrenlandiyanın baş naziri Mute Bourup Egede: “Qrenlandiya Qrenlandiya xalqına məxsusdur”, - deyib.

Danimarka Krallığının çətiri altında olan Qrenlandiya ölkədən 2900 kilometr uzaqda yerləşir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Mart 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri