Qreta Tunberq Londonda Fələstinə dəstək aksiyasında həbs olunduqdan sonra azadlığa buraxılıb
Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
İsveçli fəal Qreta Tunberq Londonda Fələstinə dəstək aksiyasında saxlanıldıqdan sonra 2026-cı il mart ayına qədər girov qoyularaq azadlığa buraxılıb.
Bu barədə Oxuməni.az “Reuters”-ə istinadən məlumat yayıb.
Britaniyanın "Fələstin Məhbusları" (Prisoners for Palestine) qrupu bildirib ki, fəal "I support the Palestine Action prisoners. I oppose genocide" (Mən Fələstin Hərəkatı Məhbuslarını dəstəkləyirəm. Mən soyqırım əleyhinəyəm) yazılmış plakat səbəbindən terrorizmə qarşı qanunvericilik əsasında həbs edilib.
Britaniya hökuməti daha əvvəl " Palestine Action" təşkilatını terrorçu elan etmişdi.
Polis, həmçinin binaya qırmızı boya atmaqda şübhəli bilinən daha iki nəfərin saxlanıldığını bildirib. Hüquq-mühafizə orqanlarının sözlərinə görə, 22 yaşlı qadın daha sonra qadağan olunmuş təşkilatı dəstəkləyən plakat nümayiş etdirdiyinə görə həbs edilib.
" Prisoners for Palestine" təşkilatı binanın, fəalların iddialarına görə, İsrailin "Elbit Systems" müdafiə şirkətinin Britaniya bölməsinə xidmət göstərən sığorta şirkəti tərəfindən istifadə edildiyi üçün hədəf seçildiyini bildirib. Şirkət hələlik bu iddialara münasibət bildirməyib.
Fəal Qreta Tunberq 2018-ci ildə İsveç parlamentinin qarşısında həftəlik iqlim etirazlarına başlayandan sonra məşhurlaşıb. Keçən il Britaniya məhkəməsi onu ictimai asayişi pozmaqda təqsirli bilinərək bəraət qazandırıb və polisə əvvəlki Londondakı etiraz zamanı həbs etmək səlahiyyətinin olmadığını bildirib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Dekabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















