İnfeksionist: Yaz və yay aylarında qripə tək tük hallarda rast gəlinir
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hazırda ölkədə qripə yoluxma hallarında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.
Bunu Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, bu tendensiyanın isti hava şəraiti davam edənədək davam edəcəyi gözlənilir.
"Yay aylarında isə qriplə xəstələnmənin minimum səviyyədə olacağı proqnozlaşdırılır", - infeksionist əlavə edib.
T. Eyvazov qeyd edib ki, qrip infeksiyası mülayim iqlimli ölkələrdə fəsil xarakteri daşıyır və əsasən payız-qış aylarında daha çox müşahidə olunur:
"Bu mərhələdə əhali arasında dövr edən virus ştamlarına qarşı müəyyən immunlaşmış təbəqə formalaşır ki, nəticədə yoluxma hallarının sayı tədricən azalır və qrip öz yerini digər respirator viruslara (adenovirus, paraqrip və s.) verir".
İnfeksionist-həkim Mərdan Əliyev Sherg.az-a bildirib ki, qrip infeksiyası əsasən payız, qış mövsümündə yayılır:

“Dekabr ayından mart ayına qədər bu xəstəliyin daha çox yayıldığı və xüsusilə ağır keçdiyi aylardır. Bu soyuq fəsillərdən sonra artıq üzü yaza doğru qripin yayılması azalmağa başlayır. Yəni yaz və yay aylarında qripə tək-tük hallarda rast gəlinir. Ümumiyyətlə qrip hava-damcı yolu ilə yoluxur. Yəni xəstə insanın tənəffüs yolundan çıxan mikroskopik damcıların içində milyonlarla virus olur və o, sağlam şəxsin tənəffüs yollarına daxil olduqda artıq xəstələnmə baş verir. Bunun qarşısını almaq üçün ilk növbədə xəstə şəxslə təmasda olarkən maskadan istifadə etmək lazımdır. Söhbət edərkən xəstə şəxslərin də bu maskanı taxması daha çox qoruyucu olur. Həmçinin payız və qış mövsümündə toplu insanların daha çox toplaşdığı yerlərə girməmək, sosial məsafə saxlamaq və əl gigiyenasına riayət etmək bu xəstəlikdən qoruyur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 13 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















