Qrossidən həyəcan təbili: Zaporojye AES in nüvə təhlükəsizliyi təhdid altındadır
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynada Zaporojye atom elektrik stansiyasının (AES) nüvə təhlükəsizliyi stansiyanın qeyri-sabit xarici enerji təchizatı səbəbindən təhdid altında qalır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə görə, xarici enerji təchizatı Ukrayna münaqişəsi boyu AES-in nüvə təhlükəsizliyinin ən zəif yeri olub.
"Təəssüf ki, bununla bağlı vəziyyət yaxşılaşmayıb. Oradakı mütəxəssislərimiz hadisələri diqqətlə izləməyə davam edəcək və biz təhlükə altında olan stansiyada nüvə təhlükəsizliyi barədə dünyaya məlumat verməyə davam edəcəyik", - deyə BAEA-nın mətbuat xidməti Qrossinin sözlərindən sitat gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 15 May 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















