Icma.az
close
up
RU
Qroznı səfərini həyata keçirərkən vurulan sərnişin təyyarəsinə görə üzr istənilməli, məsuliyyət daşınmalıdır

Qroznı səfərini həyata keçirərkən vurulan sərnişin təyyarəsinə görə üzr istənilməli, məsuliyyət daşınmalıdır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Nümayiş olunan videokadrlardakı görüntülər, təyyarənin içərisində və gövdə hissəsindəki qəlpə yerləri, şahidlərin ifadələri, kapitanın Qroznı hava limanının dispetçeri ilə danışığının stenoqramması sübut edir ki, təyyarə vurulub. Konkret olaraq, kim tərəfindən vurulması istintaq tərəfindən araşdırılandan sonra məlum olacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat Rusiya rəhbərliyi tərəfindən sərnişin təyyarəsinin vurulması barədə tapşırıq verildiyni düşünmür. Çünki, Rusiya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir, münasibətlərin pozulması və ya ən kiçik gərginlik vəziyyəti nə Rusiyaya, nə də Azərbaycana lazım deyil. Nəsib Məhəməliyevin fikrincə, hansısa təxribatı da istisna etmək olmaz.

Nəsib Məhəməliyev

“Mənə elə gəlir ki, burada səhlənkarlıq elementləri var. Rusiya-Ukrayna müharibəsi gedir. Hər iki dövlət dronlar vasitəsilə bir-birinin şəhərlərini, hava limanlarını atəş altında saxlayır. Bütün bunlar məlum məsələlərdir. Bizi maraqlandıran suallara cavab verilməlidir. Hər şeydən əvvəl Qroznı hava məkanının qapadılması ilə bağlı, Bakı niyə məlumatlandırılmayıb və uçuşa niyə icazə verilib? Təyyarə vurulandan sonra niyə Qroznı hava limanına eniş etməyə icazə verilməyib? Kapitanın çoxsaylı xahişlərinə rəğmən yaxınlıqdakı şəhərlərə yox, niyə 600 km uzaqlıqda yerləşən Aktauya istiqamətləndirilib və naviqasiya sistemləri niyə söndürülüb? Suallar çoxdur və hələ də cavab axtarılır”-deyə deputat qeyd edib.

Nəsib Məhəməliyev hesab edir ki, Rusiya indi beynəlxalq hüquq normalarına hörmətlə yanaşan dövlət olduğunu sübut etməlidir. Kimliyindən asılı olmayaraq, obyektiv araşdırma aparılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir.

“Eyni zamanda beynəlxalq normalara uyğun olaraq üzr istənilməlidir. Qəzada həlak olanların ailələrinə, xəsarət alanlara və dəymiş ziyana görə Azərbaycan dövlətinə kompensasiya ödənilməlidir. Üzr istəmək böyüklükdür. Biz, 2020-ci ildə 44 günlük müharibədən sonra səhvən Rusiyaya məxsus helikopteri vurmuşduq və üzr istədik, dəymiş zərəri də ödədik.

Yeri gəlmişkən, vurulan təyyarənin sərnişinləri arasında mənim təmsil olunduğum Balakən rayonunun 15 sakini olmuşdur. Onlardan 9-u dünyasını dəyişmiş, 6 nəfər xəsarət almışdır. Həmin ailələrə baş çəkəcəyəm.

Qəza baş verən andan, Prezident İlham Əliyev dövlət komissiyasının yaradılması və mövcud problemlərin həll edilməsi ilə bağlı tapşırıqlarını vermişdir. Zərər çəkmiş ailələr diqqət mərkəzindədirlər. Kimlərinsə, özfəaliyyət şəklində maddi yardım etməsinə ehtiyac yoxdur. Azərbaycan dövləti nə lazımdırsa, onu edir və edəcək.

Bir daha təkrar edirəm ki, bütün məsələlər sivil qaydada və beynəlxalq normalara uyğun şəkildə rəsmi Moskva tərəfindən tənzimlənməlidir”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri