Icma.az
close
up
RU
Quba Aqrar Biznes Festivalının növbəti ünvanı olub

Quba Aqrar Biznes Festivalının növbəti ünvanı olub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Quba rayonunda keçirilib.

AZƏRTAC xəbər verir ki, “ASAN xidmət” mərkəzinin ərazisində baş tutan tədbirdə kənd təsərrüfatına dair müxtəlif texnologiyalar, bölgənin kənd təsərrüfatı potensialının inkişafına yönəlmiş məhsullar nümayiş olunub, aqrar sahənin aktual mövzuları ətrafında panel müzakirəsi və təlim təşkil edilib. Festivalın əsas məqsədi regionlarda aqrar sahədə fəaliyyət göstərən fermerlər və sahibkarlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eyni zamanda, innovativ texnologiyaların təşviqi və yerli istehsalın dəstəklənməsidir.

Festivalın sərgi zonasında yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar, ağıllı təsərrüfat sistemləri, rəqəmsal platformalar təqdim olunub. Eyni zamanda, bir sıra dövlət qurumları da festivalda iştirak edərək, fermer və sahibkarlara xidmətlərini təklif və nümayiş etdiriblər. İştirakçılar öz məhsullarını təqdim etməklə yanaşı, potensial tərəfdaşlarla birbaşa əlaqə qurmaq və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı qazanıblar.

Tədbiri açan Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov bölgənin aqrar potensialından bəhs edib, bu cür tədbirlərin fermerlər və sahibkarlar üçün yeni imkanlar yaratdığını vurğulayıb. Qeyd edib ki, regionun kənd təsərrüfatı ənənələrinin müasir texnologiyalarla inteqrasiyası məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artmasına xidmət edir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, Aqrar Biznes festivalları kənd təsərrüfatında innovativ yanaşmaların təşviqi və praktiki biliklərin regionlara ötürülməsi, həmçinin dövlət dəstəyi alətlərindən effektiv istifadə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məqsəd bu sahədə mövcud yeniliklərin regionlarda yaşayan fermerlər üçün əlçatan olmasına dəstək verməkdir.

Tədbir çərçivəsində fermerlər üçün “Meyvə-tərəvəzlərin uzunmüddətli saxlanma texnologiyaları və soyuq zəncirin tətbiqi” mövzusunda növbəti təlim keçirilib. “Agrosystems” MMC-nin direktoru Köçəri Həsənov tərəfindən keçirilən təlimdə məhsul itkisinin minimuma endirilməsi, keyfiyyətin qorunması, ixrac imkanlarının genişləndirilməsi və logistika zəncirində innovativ yanaşmaların rolu ətraflı izah olunub. Təlimdə iştirak edən fermerlərin sualları ətraflı cavablandırılıb.

Festival zamanı fermerlərin maliyyə və sığorta xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə kredit yarmarkası təşkil olunub. Yarmarkada bank və bank olmayan kredit təşkilatları, maliyyə və sığorta qurumları tərəfindən güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri barədə məlumatlar təqdim edilib. Tədbirdə fermerlər və sahibkarlarla bank və kredit təşkilatlarının nümayəndələri arasında görüşlər olub, potensial əməkdaşlıq imkanları müzakirə edilib. Bununla yanaşı, festivalda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə dövlət və özəl maliyyə qurumlarının nümayəndələri çıxış edərək subsidiya siyasəti, güzəştli kreditlər, texniki və məsləhət dəstəyi və digər mövcud alətlər barədə iştirakçılara ətraflı məlumat təqdim ediblər. Panel müzakirədə iştirak edən fermerlərin sualları cavablandırılıb, onlara aqrar təyinatlı kredit almağa müraciət etmək üçün texniki dəstək göstərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri