Icma.az
close
up
RU
Quba bölgəsinə təftiş infotur təşkil olunub FOTOLAR

Quba bölgəsinə təftiş infotur təşkil olunub FOTOLAR

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 31-də “Millennium Turizm” şirkətlər qrupunun təşəbbüsü, “Arena Hotel Group”un təşkilatçılığı və sponsorluğu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və “Skal İnternational Baku” klubunun rəsmi dəstəyi ilə “Millennium Turizm” şirkətlər qrupunun incoming (gəlmə) turizm departamentinin əməkdaşları üçün “Arena Hotel Quba”ya təftiş-infotur təşkil olunub.
İnfotur çərçivəsində “Millennium Turizm- Quba İnfotur Proqramı” adlı səmərəli təlimat və praktikyönümlü proqram modeli təqdim edilib.
“Millennium Turizm” şirkətlər qrupunun rəhbəri Ruslan Quliyev iştirakçılara məlumat verərək bildirib ki, proqram satış, əməliyyat və marketinq komandalarının real praktik bilik və bacarıqlar əldə etməsinə hesablanıb. Onun sözlərinə görə, infoturun əsas məqsədi Quba bölgəsinin turizm potensialı ilə yerində tanışlıq, bölgənin turizm məhsullarının turizm şirkətləri şəbəkəsi vasitəsilə təqdimat və satış imkanlarının genişləndirilməsi, eləcə də “Arena Hotel Guba”nın mehmanxana infrastrukturu və əlavə xidmət sahələrinin tanıdılması, uzunmüddətli işgüzar əməkdaşlıq əlaqələrinin formalaşdırılmasından ibarətdir.
Şirkət rəhbəri qeyd edib ki, düzgün planlaşdırılmış və peşəkar şəkildə təşkil olunmuş belə təftiş-infoturlar satış və marketinq fəaliyyətlərinin effektivliyini artırır, destinasiyaların real potensialını ortaya çıxarır, hotellər və turizm şirkətləri arasında etibarlı və uzunmüddətli tərəfdaşlıq yaradır. “Millennium Turizm” gələcəkdə də regionların turizm imkanlarının tanıdılması və incoming turizmin inkişafı istiqamətində bu cür təşəbbüsləri davam etdirməyi planlaşdırır”, – deyə Ruslan Quliyev əlavə edib.
İnfotur iştirakçıları Quba Olimpiya Kompleksi ilə də yaxından tanış olublar. “Arena Hotel Quba”nın ön ofis meneceri Camal Həziyev bildirib ki, kompleksin 16 hektar ərazisində 3 hotel, 20 nömrədən ibarət 5 apartament, bir neçə villa fəaliyyət göstərir. Bundan əlavə, kompleksin ərazisində 7 min nəfər tutumu olan futbol meydançası var ki, burada ölkədaxili oyunlar keçirilir.
Hotel rəsmisi onu da əlavə edib ki, Quba Olimpiya Kompleksi müxtəlif istiqamətdə idman yarışlarına ev sahibliyi etməklə bərabər, burada hər növ turisti qəbul etməyə lazımi şərait yaradılıb.










 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:296
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Fevral 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri