Qubada ağır yol qəzası: 1 ölü, 2 yaralı
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə sentyabrın 6-da saat 00:20 radələrində Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Quba rayon sakini, 24 yaşlı Seyfəlmülk Telman oğlu Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılaraq aşıb.
Qəza zamanı sürücü və sərnişin, 26 yaşlı Roman Eynulla oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Avtomobildə olan digər sərnişin, 26 yaşlı Sənan Samir oğlu Ramazanov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Salyanda ağır yol qəzası: 1 ölü, 2 yaralı
20 Avqust 2026 19:44
Bakıda yol qəzası 1 ölü, 2 yaralı
19 İyul 2025 09:17
Qəbələdə ağır yol qəzası; 1 ölü, 2 yaralı FOTO VİDEO
11 Noyabr 2024 21:00
Göyçayda ağır yol qəzası: 2 ölü, 2 yaralı FOTO
23 Avqust 2026 13:02
Oğuzda ağır yol qəzası: 1 ölü, 1 yaralı var
06 Sentyabr 2025 23:40
Baxış sayı:127
Bu xəbər 06 Sentyabr 2026 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















