Icma.az
close
up
RU
Qubada əmək yarmarkası: İşaxtaranlara 20 boş iş yeri təklif olunub

Qubada əmək yarmarkası: İşaxtaranlara 20 boş iş yeri təklif olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Quba, 11 iyul, Elxan Yusifli, AZƏRTAC

Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əmək yarmarkasında işəgötürənlər tərəfindən işsiz və işaxtaran şəxslərə regionun əmək bazarının tələbatına uyğun olaraq məktəbəqədər təhsil müəssisəsində 20 boş iş yeri (əməkhaqqı 400 manat) təqdim olunub. Təklif edilən iş yerləri Azərbaycan dili, Rus dili müəllimləri, dayə və xadimə peşələri üzrə olub.

Tədbirin təşkil edilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.

Yarmarkanın gedişatında işəgötürənin nümayəndələri tərəfindən iştirakçılara müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib. Filial tərəfindən təqdim olunan vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 100-dən çox vətəndaşla iş aparılıb. Əmək yarmarkası zamanı 67 vətəndaşın müraciəti qeydə alınıb.

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Yarmarkada işsiz və işaxtaran şəxsləri peşə seçiminə istiqamətləndirilməklə yanaşı, onlara karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilib, peşə seçimi, peşə hazırlığı, haqqı ödənilən ictimai işlərə cəlb edilmə və digər məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərə məşğulluğunun təmin olunması istiqamətində peşəyönümü məsləhət xidmətləri göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri