Qubada keçirilən eksternat imtahanda 476 nəfər iştirak edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Quba, 31 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 31-də Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanda müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən 476 nəfər iştirak edib. Onlara müvafiq fənlər üzrə suallar təqdim edilib, 3 saat vaxt ayrılıb.
Eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
İmtahanlarda uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Eksternat qaydasında aralıq imtahanının nəticələri növbəti həftə elan ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Yanvar 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















