Icma.az
close
up
RU
Qubada qadınların turizm təşəbbüslərinə dəstək verilir

Qubada qadınların turizm təşəbbüslərinə dəstək verilir

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Dövlət Turizm Agentiyinin dəstəyilə “4 mövsüm Qrız” - “Qrız kəndində turizm yönümlü fəaliyyətlərdə qadınların dəstəklənməsi” layihəsinin icrasına start verib.

Bununla bağlı Qrız kəndində layihənin təqdimat mərasimi keçirilib. İctimai Birliyin sədr müavini, layihə rəhbəri Jalə Quliyeva tədbirdə çıxış edərək bildirib ki, layihə Quba rayonunun Qrız kəndində qadınları turizm yönümlü fəaliyyətlərə cəlb etməyi nəzərdə tutur:

“Layihə Qrız kəndinin unikal mədəni irsini və adət-ənənələrini təbliğ etməklə yerli iqtisadiyyatı dirçəltmək, qadınlar üçün məşğulluq imkanları yaratmaq və kəndi turistlər üçün dayanıqlı və cəlbedici məkan kimi tanıtmaq məqsədi daşıyır. Qrızlı qadınlar davamlı turizm, qonaqpərvərlik, ənənəvi əl işləri və yerli mətbəx kimi sahələrdə təlim proqramları vasitəsilə praktiki biliklərlə təchiz ediləcək. Təlim iştirakçılarına fərdi biznes planları hazırlamaq və marketinq strategiyası həyata keçirmək üçün dəstək veriləcək”.

Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Mübariz Rüstəmov, Quba Regional Turizm İdarəsinin baş mütəxəssisi Azər Səfərov, turizm mütəxəssisi, təlimçi ekspert Vüqar Dərgahov, kənd sakinləri tədbirdə çıxış edərək Qrız kəndinin zəngin turizm potensialına sahib olduğunu və yerli sakinlərin, xüsusilə qadınların turizm sahəsində bilik və bacarıqlarının artırılmasına ehtiyac duyulduğunu vurğulayıblar. Natiqlər qeyd edib ki, bu kimi layihələrin icrası yerli və xarici turistlərə daha keyfiyyətli və çoxçeşidli turizm xidmətlərinin göstərilməsinə, irəli sürülən biznes təşəbbüsləri isə kəndin turistik məkan kimi tanınmasına böyük töhfə verəcək.

Daha sonra qadınlara “Kənd turizmi anlayışı, növləri və fəaliyyət sahələri” mövzusunda ilk təlim keçirilib. Sual-cavab sessiyası olub, təlim iştirakçılarını maraqlandıran mövzularda müzakirələr aparılıb. 3 ay davam edəcək layihənin sonunda təlim iştirakçılarına sertifikatlar veriləcək. 

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri