Icma.az
close
up
RU
Qubada tələbə gənclərlə görüş keçirildi FOTO

Qubada tələbə gənclərlə görüş keçirildi FOTO

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Quba İş Adamlarına Dəstək- QİAD platformasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncləri: birlikdə daha güclü” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, görüşdə QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov və İdarə heyətinin üzvləri, ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, dosent Yusif Alıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB-nin Quba bölməsinin sədri, Azərbaycanın görkəmli şairi Ramiz Qusarçaylı, şəhid ailələrinin üzvləri, qazilər, GİKM-in Quba-Xaçmaz Regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev və filialın aktiv, ictimai fəal tələbələri iştirak ediblər.

Görüşü QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov giriş nitqi ilə açıb, tələbələri 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edərək qeyd edib ki, gənclər cəmiyyətimizin ən dinamik və yenilikçi qüvvəsi kimi ölkəmizin inkişafında əhəmiyyətli rol oynayır. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərman ilə bu gün əlamətdar günə çevrilmişdir və hər il fevral ayının 2-i Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. 

ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev çıxış edərək bildirib ki, gənclərin elmi, sosial və iqtisadi inkişafı onların bir millət olaraq öz sözlərini demək imkanını genişləndirir. Dosent Yusif Alıyev həmçinin bildirib ki, gənclər siyasətində milli və dövlətçilik düşüncələrinin üstün olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərimiz yerinə yetirdilər. Direktor daha sonra ADPU-nun Quba filialında gənclərin ixtisaslı kadrlar kimi hazırlanması, mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlər, həmçinin gənclərin şəxsi inkişafı üçün yaradılan şərait və bu kimi önəmli mövzulara toxunub, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli dəyərlərə bağlılığı üçün həm dövlət səviyyəsində, həm də filialda bütün zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB-nin Quba bölməsinin sədri, Azərbaycanın görkəmli şairi Ramiz Qusarçaylı, Eyvaz Xeyrullayev, Şəhid Ruslan Bayramovun həyat yoldaşı İlahə Bayramova və tələbə-gənclər çıxış edərək Gənclər Günü ilə bağlı səmimi təbriklərini çatdırıb, qeyd ediblər ki, bu gün hər birimiz fəxr edirik ki, doğma diyarımızın çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bütün proseslərdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Görüş səhər yeməyi masası arxasında səmimi söhbətlərlə davam edib. Sonda xatirə şəkli çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Fevral 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri