Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qubadlı azadlığın, dirçəlişin və milli iradənin rəmzinə çevrilib ŞƏRH

Qubadlı azadlığın, dirçəlişin və milli iradənin rəmzinə çevrilib ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 25-i Azərbaycan dövlətçiliyi tarixində xüsusi yerə malikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun igidliyi və fədakarlığı nəticəsində Qubadlı şəhəri 2020-ci il oktyabrın 25-də düşmən işğalından azad edilib. Dövlətimizin başçısının sözləri ilə desək, Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib.

Deputat qeyd edib ki, Qubadlı Ermənistan tərəfindən işğal edilərkən 30 minə yaxın əhali doğma yurdundan didərgin düşdü, 94 yaşayış məntəqəsi, minlərlə ev və sosial obyekt dağıdıldı, 7 məscid, 16 körpü, 1080 kənd təsərrüfatı obyekti, 4830 kilometr elektrik və 165 kilometr qaz xətləri məhv edildi. Rəsmi İrəvan burada beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşma siyasəti həyata keçirdi, xaricdən gətirilən erməniləri Qubadlının kəndlərində yerləşdirdi. Bu, Cenevrə konvensiyalarının açıq şəkildə pozulması idi.

Mehriban Vəliyeva vurğulayıb ki, Azərbaycan Ordusunun 2020-ci ilin payızında həyata keçirdiyi 44 günlük Vətən müharibəsində Qubadlının azad olunması əməliyyatı mühüm əhəmiyyət kəsb edirdi: “Oktyabr ayının ortalarından etibarən Qubadlı istiqamətində ağır döyüşlər gedirdi. Şəhərin ətrafındakı yüksəkliklərdə düşmən güclü istehkamlar qurmuşdu. Ordumuzun məqsədi əvvəlcə həmin strateji yüksəklikləri azad etmək idi. Qəhrəman hərbçilərimizin şücaəti sayəsində Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad olundu, ardınca şəhər istiqamətində irəliləyiş başlandı. Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən tam azad etdi və bununla da müharibənin son mərhələsində həlledici üstünlüyü təmin etdi. Bu münasibətlə Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə “Qubadlının azad olunmasına görə” medalının Əsasnaməsi təsdiq edildi. Çoxlu sayda hərbi qulluqçularımız bu medalla təltif edildi. Bu addım həm qəhrəman əsgər və zabitlərimizin şücaətinə verilən yüksək qiymət, həm də xalqın Vətən müharibəsində qazandığı Zəfərin rəmzi ifadəsi idi. Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda tarixi qələbə günlərini əbədiləşdirmək məqsədilə mühüm qərar qəbul etdi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən, 25 Oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bu, Qubadlının azadlıq tarixinin dövlət səviyyəsində rəsmiləşdirilməsi, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, azadlıqdan sonra Qubadlı rayonunda yeni inkişaf mərhələsi başlanıb. 2021-ci il oktyabrın 27-də Cənub Ərazi Baş Gömrük İdarəsinin tərkibində “Qubadlı” gömrük postu yaradıldı. Bu post regionda gömrük nəzarətinin təmin olunması, qaçaqmalçılıqla mübarizə və iqtisadi təhlükəsizliyin qorunması baxımından mühüm rol oynayır. Bərpa və quruculuq işləri çərçivəsində Qubadlının enerji təminatı və rabitə infrastrukturu da tamamilə yenilənir. Yeni enerji xətləri, fiberoptik rabitə kabelləri çəkilərək Qubadlı Azərbaycanın ümumi enerji və informasiya sisteminə qoşuldu. 2025-ci il sentyabrın 9-da Nazirlər Kabineti “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”ını təsdiqlədi. Bu plan rayonun gələcək sosial-iqtisadi, sənaye və enerji potensialını müəyyən edir. Hazırda Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti və bərpa işləri sürətlə aparılır. Mahruzlu kəndində birinci mərhələdə 190 evin inşası planlaşdırılıb və burada 836 nəfərin məskunlaşması nəzərdə tutulur. Zilanlı kəndində isə 159 evin tikintisi ilə 772 nəfərin yerləşdirilməsi planlaşdırılıb. Hər iki yaşayış məntəqəsi “ağıllı kənd” konsepsiyasına uyğun olaraq müasir standartlarla salınır. Qubadlı rayonunun bərpası çərçivəsində mühüm nəqliyyat layihələri də icra edilir. Prezident İlham Əliyevin tapşırığı ilə 28,5 kilometr uzunluğunda Qubadlı–Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Dövlətimizin başçısı 2023-cü il sentyabrın 5-də “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu yolun inşası üçün Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb.

M.Vəliyeva qeyd edib ki, sözügedən layihələr Qubadlının həm Laçın, həm də digər azad edilmiş ərazilərlə nəqliyyat əlaqəsini təmin etməklə yanaşı, iqtisadi inkişafına güclü təkan verəcək. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Qubadlıya dəfələrlə səfər edib. 2020-ci ilin dekabrında Qubadlıda Azərbaycan Bayrağını ucaldan dövlətimizin başçısı 2021-ci ildə “Qubadlı” yarımstansiyasının və Xanlıq–Qubadlı yolunun təməlini qoydu, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak etdi. 2022 və 2023-cü illərdə Qubadlıda su anbarlarının, məktəb, xəstəxana, inzibati bina və yaşayış məhəllələrinin təməlqoyma mərasimlərində iştirak edən Prezident İlham Əliyev azad edilmiş torpaqların bərpasına xüsusi diqqət göstərdiyini bir daha nümayiş etdirdi.

“Bu gün Qubadlıda yeni həyat başlanır. Azadlıqdan sonra torpağına qayıdan insanlar üçün müasir infrastruktur qurulur, sosial obyektlər inşa edilir, kəndlər yenidən salınır. Qubadlı həm azadlığın, həm dirçəlişin, həm də milli iradənin rəmzinə çevrilib. 25 oktyabr Qubadlının və bütövlükdə Azərbaycanın müzəffər tarixi, xalqımızın qəhrəmanlıq ruhunun və dövlətimizin gücünün parlaq təcəssümüdür”, - deyə deputat fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:300
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri