Icma.az
close
up
RU
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün işğaldan azad olunmasını Qubadlı Şəhəri Günü kimi qürurla qeyd etdiyimiz bu qədim yurdumuz ötən əsrin sonlarından başlayaraq ağır faciələrlə üzləşdi. Ermənistanla sərhəddə yerləşən, əsrarəngiz təbiəti və gözəl yaşayış məskənləri ilə seçilən Qubadlı erməni təcavüzü nəticəsində talan edildi. Dinc əhaliyə qarşı terror sistemli şəkildə davam etdirildi. Nəhayət, rayon 1993-cü il avqustun 31-də rayon Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal olundu. İşğaldan sonra Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq xaricdən gətirilən erməniləri bu ərazilərdə qanunsuz məskunlaşdırdı. İşğal Qubadlıya ağır zərbələr vurdu, rayon sakinləri doğma yurdlarından didərgin düşdülər. Rayonun iqtisadiyyatı və infrastrukturu məqsədli şəkildə məhv olundu, milli mədəniyyət abidələrimiz yerlə-yeksan edildi.”

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Onun sözlərinə görə uzun müddət işğal altında olan Qubadlı düşmən tərəfindən cinayətkar məqsədlər üçün istifadə olundu, narkotik vasitələrin, psixotrop maddələrin və mülki dövriyyəsi qadağan edilmiş digər malların qanunsuz dövriyyəsi üçün əlverişli məkana çevrildi. Beynəlxalq qanunlara məhəl qoymayan Ermənistan rəhbərliyi işğal altındakı ərazilərdən qanunsuz fəaliyyətlər üçün istifadə etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozdu. Amma Azərbaycan dövləti Ermənistanın və ona dəstək verən beynəlxalq qüvvələrin işğalı əbədiləşdirmək planlarını alt-üst etdi. Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində rəşadətli ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad edildi. Bu qalibiyyət doğma torpaqlarımıza qayıdışın yolunu açdı, Qubadlının azadlığı uğrunda illərlə davam edən mübarizənin qürurverici nəticəsi oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı məğlubiyyət yaşadaraq tarixi torpaqlarımızı bir-birinin ardınca azad etdi. Bu Zəfər salnaməsinin şanlı səhifələrindən biri də oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad olunması oldu. Düşmənin Qubadlıda qurduğu möhkəm istehkamlara baxmayaraq, ordumuz böyük qəhrəmanlıq və döyüş əzmi nümayiş etdirərək şəhəri azadlığına qovuşdurdu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda geniş quruculuq işlərinə start verildi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına təkan verən böyük layihələrin icrası, yeni yolların çəkilməsi, yaşayış binalarının, sosial obyektlərin və müəssisələrin tikintisi şəhərin gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Uzun illər doğma yurdlarından ayrı düşmüş qubadlılıların öz torpaqlarına qayıdışı, şəhərin bərpası və iqtisadi həyatının canlandırılması dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biri oldu. 

Qubadlının işğaldan azad olunması heç vaxt unudulmayacaq, şərəfli tariximizin qəhrəmanlıq səhifələrindən biri kimi daim xatırlanacaq. Bir vaxtlar düşmən tapdağı altında qalan Qubadlı bu gün azad torpaq kimi yeni inkişaf dövrünü yaşayır. Şəhərdə aparılan quruculuq işləri, infrastrukturun yenilənməsi, yolların çəkilməsi və sosial obyektlərin inşası doğma yurdun gələcək inkişafına xidmət edir.

Deputat sonda qeyd edib ki, işğal dövründə Qubadlı ərazisindən qanunsuz narkotik vasitələrin daşınması üçün istifadə olunurdu. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin torpaqlarda quruculuq və abadlıq işləri aparılır, şəhərin gələcək inkişafı üçün mühüm addımlar atılır. Qubadlının keçmişi ilə bu günü arasındakı fərq göz önündədir. Bir vaxtlar qanunsuz fəaliyyətlərin həyata keçirildiyi torpaqlarda bu gün yollar çəkilir, yeni obyektlər tikilir, şəhərin gələcəyinə hesablanan layihələr icra olunur. Bütün bunlar Qubadlının kimə məxsus olduğunu, bu torpaqların əsl sahibinin kimliyini və Azərbaycan dövlətinin doğma yurdlarımızı bərpa etmək əzmini aydın göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Oktyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri