Icma.az
close
up
RU
Qubadlının bu kəndləri 2026 cı ildə təhvil veriləcək Rəsmi açıqlama

Qubadlının bu kəndləri 2026 cı ildə təhvil veriləcək Rəsmi açıqlama

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərindən olan keçmiş məcburi köçkünlər kəndlərindəki tikinti işlərinin uzun müddətdir yekunlaşmaması, nəticədə köçün baş tutmaması ilə bağlı saytımıza müraciət etmişdilər.

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, tikinti və quruculuq işləri Böyük Qayıdış Dövlət Proqramına əsasən planlı şəkildə hətaya keçirilir:

"Bir yaşayış məskəninin tikintisi orta hesabla il yarımdan 2 ilə qədər vaxt aparır. Bu, əlbəttə yaşayış məskəninin  və görüləcək işlərin həcmindən də asılıdır. Kənd və şəhər tikintisində bu müddət fərqlidir və müxtəlif obyektiv səbəblərdən uzana bilər. 

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti  layihələrin icrasına, tikintinin keyfiyyətinə ciddi nəzarət həyata keçirir. Plana uyğun şəkildə layihələri təhvil verir, əhalinin köçündən sonra isə yerli idarəetməni həyata keçirir. 

Öz doğma yurd yuvalarına qayıtmağa tələsən vətəndaşlarımızın duyğularına hörmət edir, gələcəkdə onların keyfiyyətli, rahat həyat şəraitini təmin etmək üçün çalışırıq", - deyə cavabda vurğulanıb.

Qeyd edək ki, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması işlərinə 13 may 2024-cü ildə başlanılıb. Cavabdeh qurumun cavabından belə aydın olur ki, sözügedən kəndlərdə tikinti işləri 2026-cı ilin may ayına qədər yekunlaşmalıdır.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri