Qubernatorun Trampdan xahişi: Fövqəladə vəziyyət elan et...
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
ABŞ-ın İndiana ştatının qubernatoru Maykl Braun tarixi miqyaslı daşqınlar, tornado və dağıdıcı fırtınalardan sonra ştatda federal fövqəladə vəziyyət elan edilməsi xahişi ilə Prezident Donald Trampa müraciət edib. Təbii fəlakətlər nəticəsində ölənlər olub və genişmiqyaslı elektrik enerjisi kəsintiləri yaşanıb.
Axar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Maykl Braunun bəyanatında bildirilib.
“Bu tarixi əlverişsiz hava şəraiti fonunda İndiana sakinlərinin həyatını və dolanışıq vasitələrini qorumaq üçün əlimdən gələni edəcəyəm. Ştat və yerli hakimiyyət orqanlarının resurslarını səfərbər etmişəm, bütün ştat üzrə təbii fəlakətlə bağlı fövqəladə vəziyyət elan etmişəm və İndiana Milli Qvardiyasını cəlb etmişəm. İndi isə bu tədbirləri gücləndirmək və zərər çəkmiş icmalara birbaşa dəstək göstərmək üçün təcili federal yardım istəyirəm”, – deyə bəyanatda qeyd olunub.
Müraciətdə fövqəladə hallara operativ reaksiya üçün federal resursların ayrılması, suda xilasetmə əməliyyatlarının həyata keçirilməsi, elektrik təchizatının sürətlə bərpası və zərər çəkmiş ərazilərə digər yardımların göstərilməsi nəzərdə tutulur.
Ştat hakimiyyəti ölən və yaralananların olduğunu, evlərin, müəssisələrin və infrastruktur obyektlərinin dağıldığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 16 Avqust 2026 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















