Qüdrət Həsənquliyev: “Türkiyəni ədalət, hüquq, demokratiya daha güclü edəcək”
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı, prezidentliyə namizəd Əkrəm İmamoğlunun həbsi qardaş ölkədə böyük xalq etirazlarına səbəb olub.
Türkiyədə yaşananlar Azərbaycanda da böyük maraqla izlənilir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyədə baş verən hadisələrlə bağlı Gununsesi.info-ya açıqlama verib.
Türkiyədə baş verənlərdən çox üzüldüyünü deyən, partiya sədri “çünki eyni millətik, qardaşıq” deyir:
“Azərbaycana işğala son qoymaq üçün heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib.
Türk dövlətlərinin yaxınlaşması və Türkiyənin güclənməsində onun böyük xidmətləri var. Türkiyənin daxili işlərinə müdaxiləni düzgün saymasaq da, biz belə bir çətin tarixi dönəmdə tərəfləri dialoqa çağırırıq. Türkiyənin və türk dünyasının maraqları hər şeydən üstün tutulmalıdır. Türkiyəni ədalət, hüquq, demokratiya daha güclü edəcək”.
Afət Abbasova
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 26 Mart 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















