Icma.az
close
up
RU
Qüdrətli PSV və qalan iştirakçılar

Qüdrətli PSV və qalan iştirakçılar

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Niderland çempionatının yubiley - 70-ci mövsümü çempionluq yarışında rəqabətin çox zəif olması ilə yadda qaldı.

"Football-plus.az" xəbər verir ki, PSV finişə 5 tur qalmış titulu qorudu. 2025/26 mövsümünün diqqəti daha çox cəlb edən digər faktı isə “Neymegen”in tarixində ilk dəfə Çempionlar Liqasına (ÇL) vəsiqə qazanması oldu.
Rekordçu eyndhovenlilər
Eyndhovendə Peter Bosun adı ilə bağlı qu quşu nəğməsi hələ də qulaqları batırır. Erediviziyanın əvvəlki iki mövsümündə “böyük üçlüy”ə daxil olan digər iki nəhəng – “Feyenoord” və “Ayaks” sıra ilə PSV-yə çempionluq mübarizəsində rəqabət təklif etmişdisə, bu dəfə eyndhovenlilər ardıcıl üçüncü titulu qazanmaqda elə bir çətinlik çəkmədilər. Zarafat deyil, Bosun komandası aprelin 5-də, mövsümün sonuna 5 tur qalmış 27-ci çempionluğunu rəsmiləşdirdi. Bu isə Niderland çempionatının yüksək liqasının tarixinə ən erkən çempionluq faktı kimi yazıldı! Vurğulanası digər rekord isə çempionun yekun cədvəldə əsas izləyicisini 19 (!) xal qabaqlaması oldu!
“Kəndlilər”in növbəti uğurunda bir sıra futbolçular daha çox rol oynadılar. Əvvəlki mövsümün qəhrəmanlarından olan İsmael Saybari hücumameyilli mükəmməl oyunu ilə yeni səviyyəyə yüksəldi. Rəqiblərin müdafiəsini pərən-pərən salan mərakeşli Lyuk de Yonqun gedişindən sonra 15 qol və 8 assist ilə komandanın lideri funksiyasının öhdəsindən məharətlə gəldi. PSV-nin meydanın mərkəzindəki dirijoru isə Coui Veerman idi. O, 14 məhsuldar ötürmə ilə erediviziyada ilk yerə sahib çıxdı. İvan Perişiçin əla çıxışı da qeyd edilməlidi. Növbəti “gəncliy”ini yaşayan xorvatiyalının yanvarda “İnter”ə qayıda biləcəyi haqda xəbərlər dolaşırdı. Lakin 37 yaşlı hücumameyilli yarımmüdafiəçi nəinki PSV-də qaldı, həm də yalnız oyundaşı Veermandan geri qalmaqla liqanın ən yaxşı assistentlərindən biri oldu. Bəzi mənbələr Rikardo Pepini mövsümün ortasında “Fulhem”ə yollanacağını iddia edirdilər. Amma ABŞ yığmasının mərkəz hücumçusu arabir zədə alsa da, 16 qol vurmaqla “qırmızı-ağlar”ın ən yaxşı bombardiri oldu. 14 qol vuran Quus Til və mövsümün gedişində inkişafa nail olan avstriyalı Paul Vanner ilə bosniyalı Esmir Bayraktareviçin ümidverici oyunu da vurğulanmalıdı. Müdafiədə müəyyən problemləri olan Bosun komandası erediviziyada 101 qol vurdu. PSV-nin digər iddiaçılarla əsas fərqi məhz hücum potensialının çox böyük olmasında idi.
“Feyenoord” ÇL-ə vəsiqə ilə kifayətləndi
Arne Slotun başçılığı altında 2022/23 mövsümünün qalibi olan “Feyenoord” o vaxtdan heç cür əsas titula qovuşa bilmir. PSV son mövsümdə hücum futbolunun sinonimi kimi dəyərəndirilərkən, rotterdamlılar yalnız sərfəli nəticə qazanmağa çalışan komanda kimi yadda qaldılar. Əvvəlki komandası “Herenven”də avantüranı sevən məşqçi kimi yadda qalan Robin van Persi Rotterdamda bir qədər praqmatik oyuna üstünlük verdi. Yerli medianın daimi tənqidlərinə məruz qalan sabiq hücumçunu qınamaq da olmur. Məsələ ondadı ki, “Feye” mövsümboyu zədəli oyunçularının sayının çoxluğuna görə əziyyət çəkdi. Buna baxmayaraq, cənublular 2-ci yeri tutmaqla əsas hədəf sayılan ÇL-ə vəsiqəni qazandılar.
Bu yer onları ən nüfuzlu klub turnirinin liqa mərhələsinə daşıdı. Lakin rəhbərlik mövsüm sona çatandan sonra Van Persi ilə vidalaşmağı vacib saydı.
“Neymegen” üçün tarixi mövsüm
“Mövsümün yüksəlişi” nominasiyasının qalibi “Neymegen” oldu. Dik Sxröyderin başçılıq etdiyi komanda ilk turlardan hücumameyilli və baxımlı oyunu ilə diqqəti cəlb etdi. Əla startdan sonra “qırmızı-yaşıl-qaralar”ın avrokuboklardan birinə vəsiqə qazanacaqları ehtimal edilirdi. Mövsümün gedişində onların Avropa Liqasına (AL) daha yaxın olduğu fikri formalaşdı. Lakin artıq yaz aylarında “Neymegen”in ÇL-də oynamağa iddia etdiyi aşkar görünürdü. Bir ara 2-ci yer uğrunda “Feyenoord” ilə rəqabət aparan Sxröyderin komandası finiş ərəfəsində xal itkilərindən qaça bilmədi. Amma hər necə olsa, sonda mövsümü çox yaxşı keçirən “Tvente”ni 1 xal qabaqlamaqla 125 illik tarixində erediviziyanı ilk dəfə 3-cü yerdə başa vurdu. Bu nəticə isə “Neymegen”ə ÇL-ə vəsiqə qazandırdı!
“Ayaks”ın gücü KL-ə vəsiqəyə çatdı
2024/25 mövsümünün son turlarında çox sayda xal itirməklə çempionluğu PSV-yə “hədiyyə edən” “Ayaks” azarkeşlərini yenə məyus etdi. Ölkənin 36 qat çempionu Con Heytinqanın başçılığı altında başladığı mövsümün əvvəlində rəqiblərinə həddən artıq xal payladı. Nəticədə amsterdamlıların düşərgəsində məşqçi xaosu başladı. Mövsümboyu qeyri-sabit çıxışla yadda qalan paytaxt komandası avrokuboklardan kənarda qala bilərdi. “Ayaks”ın dadına Konfrans Liqasına (KL) vəsiqə uğrunda pley-off oyunları çatdı. Yarımfinalda Oskar Qarsiyanın başçılığı altında “Qroningen”ə 2:0 hesabıyla qalib gələn “yəhudilər” finalda “Utrext”i yalnız penalti seriyasında üstələyə bildilər. Bir sözlə, “Ayaks”ın gücü KL-ə vəsiqəyə çatdı...
Mövsümü 6-cı yerdə başa vuran “Utrext”in oyunu və nəticələri ilə uzun müddət diqqət mərkəzində olduğunu da qeyd edək. Ron Yansın komandasının KL-ə vəsiqə uğrunda mübarizədə “Ayaks”ı arxada qoyması layiqli nəticə olardı. Alınmadı, ancaq utrextlilər son mövsümdə qapıçı Vasilios Barkasın seyvləri, müdafiəçi Suffian Əl-Karuaninin assistləri və “Feyenoord”dan icarəyə götürülən Civay Zehielin məhsuldar oyunu ilə yadda qalmağı bacardılar.
Ölkə kuboku “Alkmaar”ın oldu
“Alkmaar” Niderlandı yeni mövsümdə AL-də təmsil edəcək. Li Roy Exteldin komandası bu turnirin liqa mərhələsinə vəsiqə uğrunda mübarizədə “Neymegen”i üstələdi. Ölkə kubokunu qazanan “qırmızılar” bir il əvvəl finalda “Qou Ehed İqls”ə məğlub olmuş və KL-ə yollanmışdılar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 İyun 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see255

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see236

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see232

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see228

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see226

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see225

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see218

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see216

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see213

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see198

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see197

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see193

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see191

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see189

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see184

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see177

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri