Icma.az
close
up
RU
Rusiyanın Azərbaycana təsir imkanları yox səviyyəsindədir Qulamhüseyn Əlibəyli

Rusiyanın Azərbaycana təsir imkanları yox səviyyəsindədir Qulamhüseyn Əlibəyli

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya Azərbaycana hərbi müdaxilə edə bilməz, bu intihar olardı”


“Rusiyanın yeganə təsir rıçağı, oradakı həmvətənlərimizdir”



"Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə yaranan gərginliyin davam etməsi və bir sıra rus rəsmilərin, Kremlin nəzarəti altında olan medianın sistemli şəkildə Azərbaycana münasibətdə təcavüzkar xarakterli fikirlər səsləndirməsi Rusiyanın müəyyən təxribatlar törətmək niyyətindən xəbər verir". 


Bu barədə Sherg.az-a politoloq Qulamhüseyn Əlibəyli deyib. Ekspert bildirib ki, Cənubi Qafqazda, xüsusən də Azərbaycanda Rusiyanın hansı təxribatlar törədə biləcəyi məsələsi diqqəti cəlb edir: 

"Gürcüstan ərazilərinin bir hissəsi Rusiyanın nəzarəti altındadır. İvanişvili-Kobaxidze hökuməti həmin əraziləri qaytarmaq məqsədilə Rusiyaya yaxınlaşmaq istəsə də, işğal olunmuş əraziləri qaytarmağa nail ola bilməyib. Buna görə də Rusiya işğal etdiyi ərazilər vasitəsilə Gürcüstana təsir imkanlarını saxlayır. Ermənistanda Rusiyanın təsir imkanları daha genişdir. Rusiya Ermənistan iqtisadiyyatını, dəmiryol xətlərini, sərhədlərinin bir hissəsini öz nəzarəti altında saxlayır. Bundan başqa, Ermənistanın revanşist müxalifəti də faktiki olaraq Rusiyanın nəzarəti altındadır. Rusiya həmin revanşist qüvvələri hakimiyyətə gətirmək üçün dəfələrlə cəhd edib, bu gün də belə cəhdlərdən əl çəkmək istəmir. Ermənistanda Rusiyanın hərbi varlığını da unutmaq olmaz. Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycana münasibətdə Rusiyanın təsir imkanları faktiki olaraq yox dərəcəsindədir. Azərbaycanda Rusiyanın hərbi hissələri yoxdur, erməni separatizmini kökü kəsilib. Azərbaycan iqtisadiyyatına, kommunikasiya xətlərinə də Rusiyanın təsir rıçaqları yox dərəcəsindədir. Vaşinqtonda imzalanmış sənədlər, paraflanmış saziş layihəsi Rusiyanın faktiki olaraq regiondan çıxarılması anlamına gəlir".


Q.Əlibəyli bəyan edib ki, Azərbaycana qarşı Rusiya hakimiyyətinin əlində olan yeganə təsir rıçağı orada yaşayan və işləyən həmvətənlərimizdir: 

"Bir müddət əvvəl Rusiya hakimiyyətinin Azərbaycan diasporuna basqıları, diaspor fəallarının həbsi, işgəncələrlə öldürülməsi də bu təsir rıçağından istifadə cəhdləri kimi qiymətləndirilə bilər. Bu cəhdlərin ayrı-ayrı həmvətənlərimizə təsiri olsa da, bütövlükdə Azərbaycana, onun siyasətinə təsiri olmadığı da qeyd edilməlidir. Bu gün Rusiyanın Azərbaycana hərbi müdaxiləsinə çağırışlar mənasız hay-küydən, hədə qorxu gəlməkdən başqa bir şey deyil. Ukrayna bataqlığından çıxa bilməyən Rusiyanın döyüş taktikası dərsliklərə salınmış Azərbaycan ordusu ilə ikinci cəbhə açması, ölkəmizin strateji müttəfiqləri olan NATO üzvü Türkiyə ilə, eləcə də Pakistanla, bütövlükdə Türk dünyası ilə hərbi qarşıdurmaya getməsi intihar kimi bir şey olardı. Rusiyanın siyasətində sağlam məntiq axtarmaq düzgün olmasa da, o, gec-tez Azərbaycanın bölgədə artan nüfuzu ilə, müstəqil siyasət yeritməsi ilə barışmaq zorundadır. Lakin qaba güc tətbiq etmək, o cümlədən hərbi müdaxilə etmək ritorikasından, müxtəlif təxribatlar törətməkdən əl çəkmək istəmir ki, bəlkə bu yolla Zəngəzur dəhlizindən hər hansı formada yararlana bilsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Avqust 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri