Icma.az
close
up
RU
Menu

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

Qarpız zəhərlənməsi: “Bu il...”

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

Mançester Siti dən ayrılan futolçu İnter ə keçməyə razılıq verdi

Ronaldo kino dünyasında: Qeyri adi təklifi qəbul etdi...

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

Rubrika: Tibbdə yenilik

Qulaqcıqların “səfası” və “cəfası”

Qulaqcıqların “səfası” və “cəfası”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxud heyranlıqdan qurbanlığa aparan “dostluq”

Hər gün küçədə, avtobusda, metroda, demək olar ki, hər yerdə qulaqcıq taxmış, yüksək səslə musiqi dinləyən insanlarla qarşılaşırıq. Digər diqqətçəkən cəhət isə onların çoxunun uşaqlar və gənclər olmasıdır. Qulaqcıqdan istifadə edən həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünür, gözlərindəki ifadə məstlikdən xəbər verir. Bir anlıq adama elə gəlir ki, sən başqa aləmdə yaşayırsan, onların isə öz dünyası var. Üstəlik, musiqiyə o qədər yüksək səs verirlər ki, ətrafdakılar da eşidir. Ağla belə bir sual gəlir: “Görəsən, bu qulaqbatıran səs bunları yormur?”.

Ən ağrılı məsələ nəqliyyatın sıx olduğu yerlərdə qulaqcıqdan istifadənin qəzalarla nəticələnməsidir. Buna səbəb ya sürücünün, ya da piyadanın qulaqcıq vasitəsilə yüksək səslə musiqi dinləməsi, diqqəti itirməsidir. Hər iki halda səsin yüksəkliyi, səsləndirilən musiqi, sanki gözləri qapayır, qəza baş verir. Bəs görəsən, bu cihazdan istifadənin insan sağlamlığına və psixologiyasına təsirləri necədir? Ümumiyyətlə, ondan istifadə zamanı nələrə diqqət etməliyik?

Həkim otolarinqoloq (LOR) Sona Məmmədova bildirdi ki, qulaqcıqlardan müntəzəm istifadə qulaqda geri dönüşü olmayan problemlərə gətirib çıxarır:

– İnsanın xarici qulaq keçəcəyində xüsusi vəzlər var ki, onlar daim qulaq kiri ifraz edir. Bu da qulağı müxtəlif tozlar, infeksiyalar və həşəratlardan qoruyur. Qulaqcıqdan tez-tez istifadə etdikdə qulaq kiri xaricə çıxa bilmir və qulaq keçəcəyində toplaşaraq tıxac yaradır ki, bu da eşitmənin zəifləməsinə səbəb olur. Bu cihazdan müntəzəm istifadə zamanı yaranan digər problemlərdən biri isə qulağın uzun müddət qapalı qalaraq nəmlənməsidir ki, bu, müxtəlif göbələk infeksiyalarına yol açır. Problemə səbəb olan digər amillərdən biri də qulaqcığın qulağın ölçüsünə uyğun taxılmamasıdır. Belə ki, aləti taxıb çıxararkən xarici qulaq keçəcəyinin dərisi zədələnir və bu da qulaqda ciddi patalogiyalara səbəb olur.

Müsahibimiz müntəzəm olaraq yüksək səslə musiqi dinləməyin, hətta karlığa gətirib çıxaracağını da dedi:

– Qulaqcıqdan müntəzəm istifadənin yaratdığı ən ciddi problem qulaqda cingiltinin əmələ gəlməsidir. Partlayış nəticəsində ani və qısamüddətli şiddətli səslərdə olduğu kimi, yüksəktezlikli səslərə də uzun zaman məruz qalmaq qalıcı eşitmə itkisinə yol açır. Yüksək səslə musiqi dinləmək birbaşa təbil pərdəsinə təsir göstərir ki, bu da daxili qulaqdakı sinirləri və eşitməni təmin edən qulaq hüceyrələrinin zədələnməsi ilə karlığa səbəb olur.

Əvvəllər eşitmə zəifliyinə 60-70 yaş arası şəxslər arasında rast gəlirdiksə, indi bu problemlə bizə müraciət edənlər daha çox gənclərdir. Təəssüf ki, əksər hallarda problemə səbəb gün ərzində saatlarla qulaqcıqdan istifadədir.

Həkim cihazdan istifadə edərkən gigiyena qaydalarına xüsusi diqqət etməyin vacib olduğunu vurğuladı:

– Bir qulaqcıqdan bir neçə şəxsin istifadə etməsi düzgün deyil. Bu, infeksiya riskini artırır. Ona görə də bu alətdən fərdi istifadə etmək lazımdır. Hər istifadədən sonra mütləq dezinfeksiyaedici məhlullarla, məsələn, spirtlə təmizlənməlidir.

Nevropatoloq Əminə İmanova isə qulaqcıqların həddindən artıq istifadəsinin bir çox psixoloji problemlərə səbəb olduğunu söylədi:

– Qulaqcığa aludə olan insanlar ətraf mühitlə əlaqələrini məhdudlaşdıra, emosional gərginlik hiss edə bilərlər. Onu istifadə edən şəxs sanki tamam başqa, müəyyən mənada mistik, mövcud olmayan, virtual aləmə düşür. Cihazdan davamlı istifadə əksər hallarda əsəblərə mənfi təsir edir, hətta kəskin emosional stres yaradır. Bu isə nəticədə psixi travmalara, depressiyaya səbəb olur. Belə insanların çoxunda qulaqcığa ikili münasibət yaranır. Çünki həm qulaqcıqdan həddən artıq istifadə onları bezdirir, həm də alışdıqları üçün onsuz keçinə bilmirlər. Bir qədər təzadlı görünsə də, belə münasibət insanlarda həm də tənhalıq kompleksi yaradır. Yəni qulaqcıqdan çox istifadə edənlər sosial mühitdən, ətraf aləmdən özlərini təcrid etməyə çalışırlar və getdikcə bu meyil dərinləşir.

Müsahibimiz yüksək səslə qulaqcıq istifadəsinin qulaq zədələnməsindən tutmuş baş ağrısı, əsəb gərginliyinə qədər müxtəlif sağlamlıq problemlərinə yol açdığını dedi:

– Uzun müddət qulaqcıqdan istifadə baş nahiyəsində və qulaq kanallarında təzyiq yaratdığı üçün şiddətli ağrılara səbəb olur. Davamlı və yüksək səslə musiqi dinləmə qulaqda tinnitus (qulaqda uğultu) meydana gətirir. Sinirlər zədələndiyi üçün cingildəmə və uğultudan sonra eşitmə itkisi və karlıq meydana gələ bilər. Bundan əlavə, uzunmüddətli istifadə eşitmə həssaslığını azaldaraq fon səslərinə qarşı həssaslığı aşağı salır ki, bu, beyində həm ümumi konsentrasiyaya, həm də zehnə təsir edir.

Daha sonra həkim qulaqcıqlardan istifadə zamanı əməl etməli olduğumuz gigiyena qaydalarını xatırlatdı:

– Elə əşyalar var ki, individual istifadə olunmalıdır. Qulaqcıqlar da həmin əşyalar siyahısına aiddir. Ondan bir neçə nəfər istifadə etdikdə tərəflərdən birində qulaq göbələyi və yaxud hansısa infeksiya varsa, digərinə keçmə ehtimalı yüksəkdir. Buna görə də qulaqcıqlar heç kimlə paylaşılmamalıdır. Onlardan istifadə etdikdən sonra kənarları, rezinləri, qulağa daxil olan hissəsi mütləq xüsusi dezinfeksiyaedici məhsullar vasitəsilə təmizlənməlidir. Bundan əlavə, qulaqcıqlar qulaq kanallarını bağladığı üçün təbii havalanmanı məhdudlaşdırır ki, bu da infeksiya riskini artırır. Ona görə də bütün bu zərərləri azaltmaq üçün diqqətli olmağı və qulaqcıqlardan istifadəni minimuma endirməyi tövsiyə edirəm.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov qulaqcıq alarkən bir neçə məqama xüsusi diqqət etməyi məsləhət gördü:

– İstehlakçıların əksəriyyəti qulaqcıq seçərkən adətən onun hansı brendə məxsus olmasına, səs keyfiyyətinə və qiymətinə diqqət edirlər. Hazırda dükanlarda heç bir firmaya aid olmayan qulaqcıqlar satılır ki, onlardan istifadə qulaqlara mənfi təsir edir. Necə ki, keyfiyyətsiz eynək istifadə etmək gözün görmə tonusunu aşağı salır, keyfiyyətsiz qulaqcıq da uzun müddətdən sonra eşitmə qabiliyyətini zəiflədir. Cihazı seçərkən onun harada istifadə edilməsinə, səs ləğvetmə funksiyası və ya əksinə, əhatəli səs rejiminin mövcud olub-olmamasına da diqqət etmək vacibdir.

Əgər qulaqcıq daha çox səs-küylü məkanlarda, nəqliyyatda istifadə ediləcəksə, onun yüksək səviyyəli ANC funksiyasına malik olması lazımdır. Bundan əlavə, qulağın zərər görməməsi üçün cihazın materialının keyfiyyəti və çəkisi də önəmlidir. Bir neçə qulaqcıq növü (tam örtüklü, qulaq içi və ya yarıaçıq) var. Bunlar müntəzəm qulaqcıq istifadəçilərinin rahatlılığını təmin etmək üçün nəzərdə tutulmuşdur.

Mütəxəssisin sözlərinə görə, problemə səbəb olan amillərdən biri də qulaqcıqların qulağa uyğun seçilməməsidir:

– Əgər qulaqcıq qulağa uyğun deyilsə, kiçik və ya böyükdürsə, bu da qulaqda fəsadlara səbəb ola bilər. Elə qulaqcıqlar var ki, qulaq kanalının içinə taxılır. İnsanların əksəriyyəti belə modellərə üstünlük verirlər. Lakin uşaqların qulaq kanalları kiçik olduğundan qulağı tam örtən modellər onlar üçün daha təhlükəsizdir. Qulaq pərdəsinə nə qədər yaxından səs verilərsə, qulaqların zədə alması ehtimalı daha çox olur. 1 metrdəki partlayışın səsi ilə 10 metrdən eşidilən partlayışın səsi qulağa necə təsir göstərirsə, qulağın içinə verilən səs də eyni effekt verir.

Müsahibimiz vurğuladı ki, qulaqcıqla “dostluq” vərdiş halını aldıqda qulaq daha yüksək səs tələb edir:

– Musiqi hansı yüksəklikdə dinlənilməsindən asılı olmayaraq bir müddət sonra səs qulağa kifayət etmir və yavaş-yavaş yüksəldilir. Təbii ki, bu da qulağa zərərdir. Buna görə də eşitmə problemi ilə qarşılaşmamaq üçün cihazda səs limitinə xüsusi diqqət edilməlidir.

Qeyd edək ki, alimlər gün ərzində qulaqcıqdan aşağı səslə və 1-2 saatdan artıq istifadə olunmamasını məsləhət görürlər. Qulağında və eşitməsində problem olanlara isə, ondan ümumiyyətlə istifadə etməmək tövsiyə olunur. Aparılan araşdırmalar göstərir ki, 85 desibel şiddətindəki səslərə 8 saatdan çox məruz qalan qulaq eşitmə gücünü yarı-yarıya itirir. Bu müddətlər 88 desibel üçün 4, 91 desibel üçün 2 saat, 100 desibel üçün isə 15 dəqiqə şəklində bölünür. Gündə 90 dəqiqədən artıq qulaqcıqla musiqi dinlənilməməlidir. İnsan səsi normal danışıq zamanı 30, qışqırdığı zaman 60 desibel olur. Bunu nəzərə alaraq 60 desibeldən yuxarı musiqi dinləmək məsləhət görülmür. Daxili qulağı narahat edən yüksəklikdə musiqi dinləmək akustik travmalar yarada bilər.

Göründüyü kimi, düzgün istifadə etmədikdə, aludəçi olanda özümüzə “dost” bildiyimiz qulaqcıqlar sonradan “düşmənimiz”ə çevrilir.

Elenora HƏSƏNOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see313

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see291

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see266

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see259

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see250

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see238

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see236

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see214

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see207

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see205

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see195

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see191

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see173

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see170

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

28 İyul 2026 02:02see166

Mançester Siti dən ayrılan futolçu İnter ə keçməyə razılıq verdi

28 İyul 2026 00:53see163

Ronaldo kino dünyasında: Qeyri adi təklifi qəbul etdi...

28 İyul 2026 01:38see155

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

28 İyul 2026 12:23see154

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see153

Rubrika: Tibbdə yenilik

28 İyul 2026 12:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri