Icma.az
close
up
RU
Quli tərəfdarlarının ABŞ də cinayət əməlləri: Həm restoranda işləyir, həm də...

Quli tərəfdarlarının ABŞ də cinayət əməlləri: Həm restoranda işləyir, həm də...

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Manhatten federal məhkəməsində kriminal avtoritetlər Rafet Əmirov və Polad Ömərova 25 il həbs cəzası kəsilib.

"Cebheinfo.az" Teleqraf-a istinadən xəbər verir ki, mart ayında onlar iran əsilli amerikalı jurnalist və hüquq müdafiəçisi Masi Alinejadın həyatına qurulan sui-qəsddə günahkar biliniblər.

Nyu-York Cənub Dairəsinin federal prokurorluğu 46 yaşlı Rafet Əmirov və 41 yaşlı Polad Ömərovu məşhur “qanuni oğru”, 2020-ci ildə Antalyada öz mühafizəçisi tərəfindən öldürülmüş Nadir Səlifovun (“Lotu Quli”) rəhbərliyi altında fəaliyyət göstərən “rus mafiyası”nın üzvləri kimi təsvir edib.

İttiham aktına görə, 2022-ci ilin iyul ayının sonu üçün planlaşdırılan, lakin icraçı Xalid Mehdiyevin səriştəsizliyi səbəbindən baş tutmayan Alinejada qarşı sui-qəsd İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sifariş edilib və jurnalistin qətlə yetirilməsi üçün yarım milyon dollar ayrılıb.

Prokurorların sözlərinə görə, Gürcüstan vətəndaşı Polad Ömərov, həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı olan Rafet Əmirov bu sifarişə qismən pul xətrinə, eyni zamanda “Quli”nin ölümündən sonra qruplaşma daxilində onun varisliyi uğrunda gedən çəkişmədə üstünlük qazanmaq ümidi ilə girişiblər.

Prokuror avtoritetin taclanmasını tanımadı

Rafet Əmirov vaxtilə məhz Nadir Səlifovun özü tərəfindən “qanuni oğru” kimi taclandırılıb. Polad Ömərov isə Nadir Səlifovun yaxın qohumudur. O da “Quli” tərəfindən taclandırıldığını iddia etsə də, qruplaşmanın digər üzvləri bunu təkzib edib. Eyni zamanda Manhatten prokurorluğu da onu “qanuni oğru” kimi tanımır.

2023-cü ildə Çexiyada saxlanılan və bir il sonra ABŞ-yə ekstradisiya olunan Rafet Əmirov istintaqla əməkdaşlıqdan imtina edib.

Məlumata görə, Özbəkistandan təhvil verilən Polad Ömərov isə üzərinə qoyulan ittihamları müzakirə etməkdən boyun qaçırıb. Amma prokurorların dediyinə görə, ABŞ-dən kənarda keçdiyi kriminal karyera barədə sorğu-sual zamanı fəxrlə danışıb.

Xalid Mehdiyev ("Əhmədli Xalid") hazırda 27 yaşındadır. Həbsindən sonra əvvəlcə danışmaqdan imtina edib. Daha sonra fikrini dəyişib, istintaqla əməkdaşlığı qəbul edib və mart ayında hakim Kolleen MakMahonun sədrliyi ilə keçirilən məhkəmə prosesində üç dəfə ifadə verib.

Xatırladaq ki, hakim MakMahon sabiq ABŞ Prezidenti Bill Klinton tərəfindən təyin olunub.

Hakim cəzanı yarıbayarıya endirdi

Prokurorluq Rafet Əmirov və Polad Ömərovun hər birinin 55 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Hakim hər iki təqsirləndirilən şəxsi 25 il azadlıqdan məhrum edib.

Əgər onlar həbsxanada nizam-intizamlı olsalar, təxminən 20 il cəza çəkəcəklər. ABŞ federal sistemində 1985-ci ildən bəri şərti azadlıq yoxdur. Amma məhbusların cəzası yaxşı davranışa görə adətən 15% azaldılır.

"Çalışdım ki, gələcəkdə “qanuni oğru” olmağa layiq görülüm"

Rafet Əmirov son illər İranda yaşayıb. Polad Ömərovla o, əlaqə saxlayıb, Ömərov isə jurnalist Alinejadın öldürülməsi tapşırığını Yonkersdə yaşayan, “U Peppino” adlı pitsa restoranında menecer işləyən Xalid Mehdiyevə verib.

Polad Ömərovun vəkili Elena Fest X.Mehdiyevə çarpaz sorğu-sual keçirib. Məlum olub ki, məsələn, Mehdiyev ABŞ-də ola-ola internet və vasitəsi ilə Ukraynada törədilən bir oğurluq əməliyyatını idarə edib.

“Demək, siz həm beynəlxalq oğurluğu koordinasiya edir, həm də pitsa restoranında işləyirdiniz?” - deyə Fest soruşub.

Xalid Mehdiyev hər iki işi eyni vaxtda görməyin məsuliyyət tələb etdiyini etiraf edib: "Qruplaşma rəhbərlərində yaxşı təəssürat yaratmağa çalışdım ki, gələcəkdə “qanuni oğru” olmağa layiq görülüm".

"Quli"nin ölümündən sonra nə baş verdi?

Nadir Səlifovun (“Quli”) ölümündən sonra Xalid Mehdiyev “reket”lik etməyə davam edib. Əvvəlcə "Quli"nin qardaşı Namik Səlifovun (“Namik Bakinski”) adından istifadə edirmiş, daha sonra ondan ayrılıb. Polad Ömərovla birgə, xaricdən votsap vasitəsilə verdiyi tapşırıqlarla işləməyə başlayıb.

Məsələn, Bruklində bir ərzaq mağazasının sahibini “nəzarət”ə götürüblər. Xalid Mehdiyev onun “Range Rover” markalı avtomobilini yandırıb, sonra mağazanın dayanacağında maşını gülləbaran edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri