Icma.az
close
up
RU
Qumar təşviqində günahlandırılan Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə ortaya çıxdı

Qumar təşviqində günahlandırılan Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə ortaya çıxdı

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə qanunsuz mərc oyunlarına təşviq iddiası ilə ev həbsinə məhkum olan məşhur aparıcı və aktyor Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə yayılıb.

Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, o, aldadıldığını bildirib.

Erbildən istintaq işində olan və qumar oyunlarına təşviq edən videodakı şəxsləri haradan tanıdığı soruşulub. O isə bu şəxslərlə ortaq bir dostları vasitəsilə tanış olduğunu bildirib. Məşhur aparıcının sözlərinə görə, ifaçı Serdar Ortaçla ortaq dostları olan Barış adlı şəxsin Maltadakı bir hotelinin açılışına dəvət edilib, həmin şəxslər də burada çəkiliş ediblər.

Açılış zamanı hotel sahibinin ona bir köynək geyindirməyə çalışdığını, bu köynəyin mərc reklamı olduğunu sonradan öyrəndiyini vurğulayıb:

"Buna etiraz etdim, qonaq olmağımız səbəbindən dəvət edənlərlə mübahisəm oldu. O saytda yayımlarda da "Qumar çox təhlükəlidir, mən həyatımda oynamamışam" şəklində ifadələrim var. Bu yayım təxminən yarım saat davam etdi, sonra vəziyyəti anlayaraq vəkillər vasitəsilə mətbuat açıqlaması verdik. Ünal adlı şəxs sonra məni arayaraq aldatmağa çalışdı. "YouTube"da bir proqram var deyərək", - yenidən yayıma dəvəti etdi, ancaq mən vəziyyəti anlayaraq qəbul etmədim. Bu şəxslə ətraflı bir tanışlığımız yoxdur. Bu hadisədən sonra dostumuz Barış da yoxa çıxdı. Onunla bir daha görüşmədim. Bu videoların çəkilişində yer almağım müqabilində heç bir maddi qazanc əldə etməmişəm. Ünal adlı şəxs, 3 ay boyunca mənə zəng edərkən 20-25 min avro təklif etsə də, mən bunu da qəbul etmədim. Qeyd etdiyim kimi sonradan bu şəxslərlə üz-üzə görüşmədim", - deyə məşhur aparıcı bildirib.

Videolardakı şəxslərin üzərindəki köynəklərdəki yazıların qanunsuz mərc reklamı olduğunu anlamadığını deyən Erbil, həmin videonun xatirə olaraq çəkildiyini, yayımlanması məqsədilə çəkildiyini bilmədiyini, üzərinə atılan ittihamları qəbul etmədiyini qeyd edib.

Erbil sulh cəza məhkəməsindəki ifadəsində özünü bilmədiyi bir hadisənin içində tapdığını deyib:

"Mənim xəbərim olmadan reklamımı edib videolarımı yayımlayıblar. Bu barədə vəkillərim vasitəsilə iyul ayında hüquq-mühafizə orqanlarına şikayəti etmişəm və ictimaiyyətə açıqlama da vermişəm", - deyə o bildirib.

Heç vaxt qumar oynamadığını qeyd edən Erbil, sadəcə bir dəyişiklik olsun deyə Serdar Ortaçla bir restoran açılışına getdiyini deyib.

"Heç bir maddi, mənəvi qazancımız yoxdur. Bank hesablarımda hər hansı bir mənfəətə rast gəlinə bilməz. Belə bir şeyə ehtiyacım da yoxdur. Sosial media hesablarımda da "Qumar oynamayın" deyə dəfələrlə müraciət etmişəm", - deyə o, sözlərini yekunlaşdırıb.

Məhkəmə Erbilin yaşının çoxluğu və sağlamlıq problemlərinin olması, mövcud dəlillərin itməsi və qaraldılması şübhəsinin olmaması səbəbi ilə həbs edilməsinə yönəlmiş tələbə rədd qərarı verib. Ona xaricə çıxışı qadağan olunub və ev həbsinə məhkum edilib.

Qumar təşviqində günahlandırılan Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə ortaya çıxdı

Qumar təşviqində günahlandırılan Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə ortaya çıxdı

Türkiyədə qanunsuz mərc oyunlarına təşviq iddiası ilə bağlı aralarında Türkiyənin məşhur müğənnisi Serdar Ortaç və tanınmış teleaparıcı Mehmet Ali Erbil olmaqla ümumilikdə 23 nəfər barəsində istintaq başlanılıb. Şübhəlilərdən Serdar Ortaç barəsində də ev dustaqlığı qərarı verilib. O, cəmiyyətə pis örnək olduğu üçün təəssüfünü bildirib.

"Qumar bəlası hələ də başımı ağrıdır. Evimi apardı, pulumu, evliliyimi, sağlamlığımı da, məni məhkəməyə gətirdi. Daha nə qumar oynayaq? Bunu xalqa necə izah edəcəyimi bilmirəm", - deyə Ortaç ilk açıqlamasında bildirib.

Qumar təşviqində günahlandırılan Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə ortaya çıxdı

Qumar təşviqində günahlandırılan Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə ortaya çıxdı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Noyabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri