Icma.az
close
up
RU
"ARKA nın müsabiqəsi suallar doğurur" Ziya Ağa narazıdır MÜSAHİBƏ

"ARKA nın müsabiqəsi suallar doğurur" Ziya Ağa narazıdır MÜSAHİBƏ

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


ARKA-nın “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin qalibləri açıqlanıb. Tanınmış aktyor, prodüsser Ziya Ağa müsabiqənin nəticələrindən narazı qalıb.

O, bu barədə Bakupost.az -a müsahibəsində danışıb.

Həmin müsahibəni təqdim edirik:


- Ziya bəy, bildiyimizə görə, “Tanrının otağı” adlı film layihəniz bu il ARKA-nın “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsində qaliblər siyahısına düşməyib. Bu qərarı necə qarşıladınız?


- Təbii ki, bu qərar dərin təəccüb və əsaslı suallar doğurur. Layihənin kənarda qalması, fikrimcə, pitçinqin ədalətli keçirilməməsi ilə bağlıdır. Ümumiyyətlə, xarici təcrübəyə əsaslansaq, filmlər adətən, istehsalat potensialına uyğun olaraq qiymətləndirilir. Bu dəfə isə qiymətləndirmə tamamilə kino ilə əlaqəsi olmayan meyarlarla aparılıb.

- Layihənizin mövzusu barədə danışardınız? Sizcə, bu qədər aktual olmasına baxmayaraq, layihə niyə diqqətdən kənarda qalıb?


- Filmdə münaqişə zamanı Yerevandan köçən azərbaycanlı ana və qız ilə Bakıda yaşayan erməni ailəsinin evlərini dəyişməsi fonunda iki xalqın nümayəndələrinin birgə yaşamağa məcbur qalması təsvir olunur. Qan və düşmənçilik divarlarının kölgəsində tənha qalan iki qadın zamanla birgə yaşamağın yolunu axtarır. Layihəmizin mövzusu ölkənin hazırkı dövlət strategiyası ilə birbaşa əlaqəlidir. Ölkə başçımızın uğurlu siyasəti nəticəsində Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində apardığı işlər fonunda “Tanrının otağı” cəmiyyətin sülh və humanizm ehtiyacını əks etdirən vacib bədii əsərlərdən biridir. Nə üçün ARKA kimi bir qurum ən aktual və strateji mövzuları dəstəkləməkdən imtina edir? Nə üçün beynəlxalq yayım imkanlarına malik bir layihə kənarda qalmalıdır?

- Müsabiqəyə təqdim etdiyiniz material, tizer və layihənin texniki səviyyəsi barədə nə deyə bilərsiniz?

- Əvvəla deyim ki, bir neçə növ pitçinqlər mövcuddur. Hər hansı bir rejissor öz filmini hər hansı istehsalçı şirkət qarşısında müdafiə etsə idi, heç bir texniki məqamlara fikir vermək lazım deyildi. Amma və lakin, söhbət hörmətli ARKA-dan gedirsə, bu pitçinq şirkətlərin öz potensialını, heyətini, perspektivini müdafiəsi və təqdimatıdır. Yəni sadə dildə desək, 2 dəqiqəlik tizeri bütün yaradıcı və texniki parametrlərə uyğun çəkə bilmirsənsə, bizi necə inandıra bilərsən ki, 90 dəqiqəlik filmi keyfiyyətli çəkə biləcəksən? Bizim layihəyə gəldikdə isə fikrimcə, müsabiqəyə təqdim olunan tizer layihənin hazırlıq səviyyəsini göstərirdi. Aktyor heyəti, çəkiliş qrupunun peşəkarlığı, səs tərtibatı və görüntü keyfiyyəti — bir sözlə, bütün texniki standartlarla cavab verən bir məhsul təqdim edilmişdi. Amma və lakin…

- Bu qərarın sizə şəxsi və peşəkar baxımdan necə təsir etdi? Bundan sonra hansı addımlar atmağı planlaşdırırsınız?


- Bu qədər əməyin qarşılığında, razılığa gəldiyimiz xarici tərəfdaşlarımızın bizə inandığı və dəstək verdiyi bir zamanda, öz ölkəmizdə müəmmalı səbəblərə görə dəstək almamağımız məni bir prodüser və ümumiyyətlə, kino sahəsinin nümayəndəsi kimi çox narahat edir. Hörmətli Rəşad Əzizovla rəsmi görüş tələbimiz olub. Hələ də bir xəbər yoxdur. Yəqin ki, işləri çoxdur, axı hər il filmlərimizin sayı çox olduğundan heç başlarını qaşımağa vaxtları yoxdur. Nə isə, mən bu məsələni mümkün qədər geniş ictimaiyyətə, lazımı qurumlara çatdırmağa və Azərbaycan kinosunun inkişafı yolunda bu cür əngəllərin aradan qaldırılmasını tələb etməyə borcluyam. Biz bu qədər əməyin qarşılığında artıq susmaq fikrində deyilik. ARKA-nın nəzərdə tutduğu apellyasiyaya müraciət etmişik. Sadəcə istəyirəm hər kəs bilsin ki, bu ölkədə ARKA-nın “Apellyasiya”dan fərqli olaraq dövlətimizin həqiqi Apellyasiya Məhkəməsi var və onlar haqq-ədalət yolunda bu məsələni həll edəcəklər. Buna şübhəmiz yoxdur. Qərarın məsuliyyətini daşıyanlar kimdir və ya kimlərdir? Bizim də, pitçinqi canlı izləyən xalqımızın da bunu bilməyə haqqı var. Bu dəfə keçən ilki kimi olmayacaq. Danışılacaq çox şeylər var. Növbəti müsahibımizdə biz sizinlə daha ətraflı və faktlarla danışacağıq. Sadəcə izləyək görək “APELLYASİYA”-dan nə çıxacaq.

Lalə, BakuPost




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see285

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see226

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see210

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see183

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see169

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see157

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri