Icma.az
close
up
RU
"Azər Qasımlı üstümə "reket" göndərdi” Ömər Qurbanlıdan sensasion iddia

"Azər Qasımlı üstümə "reket" göndərdi” Ömər Qurbanlıdan sensasion iddia

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Baxıram, haqqımda yalan və alçaldıcı kampaniya başlanılıb. Azər Qasımlı ilə aramızda olan məsələyə siyasi don geyindirib, məni linclədirlər”.

Bakupost.az xəbər verir ki, bu sözləri tədqiqatçı Ömər Qurbanlı öz sosial şəbəkə hesabında yazıb.

O, haqqında payaşılanların yalandan və siyasi manipulyasiyadan başqa bir şey olmadığını qeyd edib:

“Mən Azər Qasımlını 2016- cı ildən tanıyıram. 2020- ci ilin sentyabrına kimi, xüsusilə 2018- 2020-ci illərdə münasibətlərimiz çox yaxşı olub. 2020-ci ilin may ayında isə onunla şərikli iş birliyimiz olub, daha dəqiq desəm, o “Binance” birjasındakı hesabının login və şifrəsini al-sat etmək üçün (email və hər hansı bir çıxarış hüququm olmayıb) mənə vermişdi. 2020-ci ilin sentyabrında “Vətən Müharibəsi” ilə əlaqədar olaraq ölkə ərazisində internetin verilməsi məhdudlaşdırıldı. Bu və ya digər başqa səbəblərdən onun hesabındakı məbləğ azaldı və ilk olaraq, başa-baş olduğu zaman mən ona hesabı təhvil verib, halallaşmaq istədiyimi desəm də razılaşmadı və bundan sonra münasibətlərimiz pozuldu. Daha sonra dəymiş ziyanın öz payıma düşən hissəsinin təxminən yarısını ödədiyim, geri qalanı isə balansındakı tokenlər yüksəlməzsə, ödəyəcəyimi bildirdiyim halda, yenə mənimlə razılaşmadı və münasibətlərimiz daha da gərginləşdi”.

Ömər Qurbanlı bildirib ki, bu müddət ərzində müxtəlif vaxtlarda Azər Qasımlı dəfələrlə onu hədələyib, hətta üstümə "reket" göndərib:

“Bunlar hamısı faktlardır və aidiyyatı üzrə təqdim edilib. Bu illər ərzində Azərin mənə və ailəmə yaşatdıqları, bu günlərdə bir daha gözümün önündən keçdi. İnternetdə paylaşılan məhkəmə qərarına gəlincə, o da elə məhkəməyə təqdim etdikləri sənədləri kimi təhrif olunmuş statusdur, çünki Mingəçevir məhkəməsinin qərarından şikayət etmişdik və qərar ləğv edilmişdi. Əvvəla, Mingəçevir Məhkəməsindən çox gec xəbərimiz olub, haqsız yerə və təhrif olunmuş məlumatlarla valideynlərimin yaşadığı mülkiyyətə (mənim adıma olmayan) həbs qoydurmuşdu. Atam Azərə dəymiş ziyanın geri qalan yarısını, yəni təxminən 4-6 min dollar ödəməyə hazır olduğu bildirsə də, o israrla Bitkoin tələb edirdi”.

O qeyd edib ki, Şəki Apelyasiya məhkəməsi, həmçinin Ali Məhkəmə Ömər Qurbanlının xeyrinə qərar çıxarıb, Azər Qasımlının vəsatətləri təmin edilməyib:

“Sosial mediada isə elə təqdim edirlər ki, güya mən Azərin üzünə durmuşam. Görünür, Qasımlı ailəsi üçün hədə-qorxu adi haldır. Azərin həyat yoldaşı Samirə Qasımlı mənim haqqımda təhqiredici status yazaraq, yenə də məsələyə ailəmi qatıblar. Onun “Paylaşın, qoy onun yerliləri də bu adamı, bu ailəni kimliyini tanısınlar” çağırışından sonra sosial şəbəkə üzərindən mənə və ailəmə alçaldıcı sözlər yazılıb. Bu adamlar öyrəşib, hər məsələyə ailəni qatmağa, siyasi don geyindirməyə. Azər Qasımlı ilə aramızda olan problemi özümüz öz aramızda həll edə bilərdik. Ona isə bu lazım deyildi. O, hər dəfə mənim zəif yerimdən, ailəmdən vurmağa çalışdı. Ona görə bütün həyatım alt- üst oldu. Nələr çəkdiyimi dostlarımız çox gözəl bilirlər. Ona nə var, cəzasını çəkib, çıxacaq amma mənə vurduğu maddi- mənəvi zərərlər ömür boyu mənimlədi. Mən bir gündə ondan şikayət etməmişəm”.

Ömər Qasımlı dəfələrlə aidiyyatı qurumları məlumatlandırdığını və mediaya müraciət etdiyini bildirib:

“Sadəcə, dərslərimin və işlərimin çoxluğu ilə əlaqədar çalışırdım ki, məsələ çox böyümədən həll olunsun. O isə hər dəfə olduğu kimi araya ailəmi qatırdı və məni ailəmlə hədələyirdi. Nəysə ki, bitdi. Şükür Allaha. Azər valideynlərimi incidəndə, atam Azərə "Allahdan qorx, mən səbrliyəm, o inanmadığın Allah bir gün sənin cəzanı verəcək" demişdi. Şükür, bu günə. O artıq layiqli cəzasını aldı. Düzdür, istənilən halda məsələnin bu həddə çatmasına görə çox üzgünəm, ancaq başqa yol qoymamışdı.



Azər Qasımlı siyasi statusundan istifadə edərək konkret Allahlıq edirdi. Bu gün isə məni elə təqdim edirlər ki, guya mən bir gündə Qasımlıdan şikayət etmişəm. Heç kim istəməz ki, həyatı məhv olsun, ailəsi incidilsin, enerjisi mənfi yerlərə sərf olsun. Azər Qasımlı isə məni zəif görüb, öz əsirinə çevirmək üçün əlindən gələni etdi. Onun mənə nələr yaşatdığını bir Allah, bir də ailəm ilə dostlarım bilirdi. İndi isə… Bir daha məsələnin bu yerlərə gəlib çatmasına görə çox üzgünəm. O, əleyhimə təhqiredici sözlər yazanlara da sözüm var, sizin də yazdıqlarınıza hüquqi qiymət verilməsi üçün çalışacağam”.

Qeyd edək ki, Azər Qasımlı zor tətbiq etməklə hədə-qorxu gəlməkdə ittiham olunaraq məhkəməyə çıxarılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Rəhman, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Dekabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri